Əsas Səhifə > Şou-biznes > “Kinostudiya bərpa olunmalıdır”
“Kinostudiya bərpa olunmalıdır”Bu gün, 09:39 |
“Tariximiz, tarixi abidəmiz olan, xalqın tarixi olan Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası istehsalat bazası kimi bərpa olunmalıdır. Dediyim sözlərin ağırlığını və çətinliyini anlayaraq bir daha bildirmək istəyirəm ki, bu çox çətin, həm də şərəfli işdir. Çünki kino bizim tariximizdir. Xalqın tarixidir, xalqın güzgüsüdür. Bu iş ancaq bizim dövlətimizin köməyi ilə baş tuta bilər. Tariximiz silinməməlidir. Biz oranı Şirvanşahlar, Qız qalası kimi qorumalıyıq. Ora bizim mədəni ocağımızdır. Ömrünü kino sənətinə həsr edən insanların-Rasim Ocaqov, Həsən Seyidbəyli, Tofiq Tağızadə, Muxtar Dadaşov, Rasim İsmayılov kimi böyük-böyük rejissorlarımızın ruhları orada dolaşır”Bunu Moderator.az-a açıqlamasında xalq artisti, aktrisa Xalidə Quliyeva deyib. O daha sonra əlavə edib:“Ümid edirəm ki, bu arzumuz həyata keçəcək. Bu dəqiqəyə, bu ana olan ən böyük arzum budur. Niyə də yox? Niyə də kinostudiyamızı yox kimi saymalıyıq? Niyə Tacikistanda, Özbəkistanda, Qırğızıstanda və s. ölkələrdə kinostudiya var, bizdə olmasın? Bu tarixdir! Tarixə bu cür yanaşmaq düzgün deyil. Böyük bir səhv olardı.. Keçmişimizi necə unuda bilərik biz? Bu günə qədər bizim kino muzeyimiz yoxdur. Oranın bir hissəsini muzey kimi saxlamaq olar. Kino muzeyi kimi bərpa etmək olar. O dövrdə yaradıcı insanların kabinetlərini muzey kimi qurmaq olar. Sadaladığım rejissorları nəzərdə tuturam. Orada bir çox işlər görmək olar. Köhnəni dağıtmaq asandır. Yenisini qurmaq isə asan deyil” deyə sənətkar bildirib.Geri qayıt |