Əsas Səhifə > Şou-biznes > "Mən azərbaycanlıyam və çox çayxoram"
"Mən azərbaycanlıyam və çox çayxoram"30-07-2025, 11:54 |
Hollivud ulduzu Jan Klod Van Dammın gəlini, azərbaycanlı pianoçu Suada Hacızadə Bakıya gəlib. "DİA-AZ" Milli.Az-a istinadən xəbər verir ki, bu barədə Suada Hacızadə şəxsi sosial media hesabında paylaşım edib. O, paylaşımında bunları qeyd edib: "Salam. Mənim adım Suadadır. Mən azərbaycanlıyam və çox çayxoram. Xüsusilə də Xəzər dənizi mənzərəsi ilə çay içməyi çox sevirəm". Qeyd edək ki, Suada Hacızadə 2021-ci ilin iyun ayında Van Dammın oğlu Kristofer Van Damm ilə Azərbaycanın Türkiyədəki Baş Konsulluğunda nikah bağlayıb. Hazırda cütlük ABŞ-də yaşayır. Geri qayıt |