Əsas Səhifə > Şou-biznes > "İstəmədiyimiz ürəkbulandırıcı söhbətlər efirdə danışılır"
"İstəmədiyimiz ürəkbulandırıcı söhbətlər efirdə danışılır"Bu gün, 06:35 |
"Mən səhnəyə 2007-ci ildə televiziya vasitəsi ilə gəlmişəm. Onda nə yutub, nə də sosial şəbəkələr var idi. O vaxt elə mahnılar var idi ki, onları efirdə oxumaq olmazdı, senzura var idi. Mən 12 mahnını albom şəklində hazırlayıb gəlmişdim. Hamısını da peşəkar insanlarla birlikdə çalışmışdım. Bu gün o vaxtlar üçün darıxıram". Axşam.az xəbər verir ki, bu sözləri müğənni Xatun Əliyeva "Xəzər axşamı" verilişində deyib. O, şou-biznesdə bəzilərinin ailəsindən çox gündəmi düşündüyünü bildirib: "Demirəm ki, keçmişdə qalmışam. Keçmiş əslində bir yalandır. Zəmanəmiz bu gün belədirsə, mən də ayaq uydurmalıyam. İndi sosial şəbəkədən evimizə qonaq olan bəzi mahnılar, musiqilər və insanlar var. 21-ci əsrdir, amma adam qalıb 1998-ci ildə. Həm tərz, həm də beyin olaraq. Onların beyinlərinin inkişaf etməsini istəyirəm. Gənclərimizə sosial şəbəkələrdən maariflənmək üçün yararlanmağı məsləhət görürəm. İndi görürsən ki, istəmədiyimiz ürəkbulandırıcı söhbətlər efirdə danışılır. O qədər gündəmi düşünür ki, övladını, ailəsini, onların taleyini fikirləşmir. Fikirləşmir ki, bu uşaq məktəbə gedir. Mən bu gün onları görmək istəmirəm. Bunun üçün mütləq oxumaq, savadlanmaq lazımdır". Geri qayıt |