Əsas Səhifə > Şou-biznes > Elcan Rəsulov Mədət Quliyevlə bir arada

Elcan Rəsulov Mədət Quliyevlə bir arada


27-05-2025, 11:12

Aktyor Elcan Rəsulov general-polkovnik Mədət Quliyevlə bir araya gəlib.

Musavat.com xəbər verir ki, aktyor general-polkovniklə fotosunu sosial media hesabında paylaşıb.

"Mədət müəllimin sadə insan olduğu başqa video və şəkillərdən mənə bəlli idi. Amma bu qədər sadə insan olduğunu gözləmirdim. Hətta o qədər sadə insandır ki, onunla şəkil çəkdirəndən sonra "şərəf verdiniz, çox sağ olun" deməsi məni çaşdırdı. Çox alicənab ifadə idi. Sözün yaxşı mənasında oğurladım bu ifadəni.

Bundan sonra kim mənimlə şəkil çəkdirsə, mən də bu cür deyəcəyəm" - deyə Elcan paylaşımında bildirib.

Qeyd edək ki, Mədət Quliyev hazırda Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin müavini vəzifəsində çalışır.


Geri qayıt