Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Danışmadıqları deyilirdi, “Moşu” və “Söylü” yenidən bir araya gəlir
Əsas Səhifə > Şou-biznes > Danışmadıqları deyilirdi, “Moşu” və “Söylü” yenidən bir araya gəlir

Danışmadıqları deyilirdi, “Moşu” və “Söylü” yenidən bir araya gəlir


28-04-2025, 10:48
Danışmadıqları deyilirdi, “Moşu” və “Söylü” yenidən bir araya gəlir
“Yazırlar ki, guya Afaq xanımla münasibətimiz yoxdur, danışmırıq. Vallah bütün bunların hamısı ağ yalandır. Mən bu kimi sözləri oxumuram, cavab da vermirəm. Çünki nə internetim var, nə də vaxtım. Hər bayramda zəng edirik danışırıq da, zarafatlaşırıq da. 45 il Sumqayıt Dövlət Dram Teatrında çalışmışam. Oradan gəlib-gedənlərin hamısı ilə münasibətim əladır. İstər Afaq xanımla, istər Kübra xanımla, istərsə də digər aktyorlarla.. Afaqdan adam inciyər heç? Afaq xanım sözün düzünü üzə deyir. Sənətdən danışır da. Nə pis söz deyir ki? Deyir ki, sənətkarların maaşı azdır. Bu bəyəm pis sözdür ki? Yaxşı ki, belə məsələləri qaldırdı, dövlətimiz də o dəqiqə onu dəstəklədi. Bütün bunları kim etdi? Afaq xanım etdi də”

Bunu Moderator.az-a açıqlamasında xalq artisti Valeh Kərimov deyib. O daha sonra əlavə edib:

“Afaq xanımla yenidən bir araya gələcəyik. Bu gün bir rejissor zəng edib dedi ki, Afaq xanımla sizin haqqınızda bir şey fikirləşirik. Dedim ki, mən hazıram. Afaq xanımla artıq danışıblar, o da razılıq verib. Əgər münasibətimiz olmasaydı necə razılıq verərdi? Tam dəqiq layihə haqda məlumat verə bilmərəm. Amma Moşudan, Söylüdən də orada nələrsə olacaq. Bəlkə elə Moşu ilə Söylüdən də yaxşı şeylər edəcəklər? Cavan rejissorlarda fantaziya çoxdur. Pis bir şey olmaz yəqin ki. Biz tək özümüz üçün yaşamırıq ki. Sənət üçün, insanlar üçün yaşayırıq” deyə xalq artisti bildirib.

Geri qayıt