Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Şou-biznes > "Onlar meyxanaçı yox, "keyxanaçıdır"
"Onlar meyxanaçı yox, "keyxanaçıdır"22-04-2025, 11:26 |
![]() "Meyxana mənim üçün Əliağa Vahid, Aydın Xırdalanlı, Vüqar Biləcərili, Ağasəlim Çıldaq, Ağamirzə Məmmədovdur. İndi meyxana yoxdur. Namiq Qaraçuxurlu meyxananı mahnı janrında oxuyub, sevdirib. Bu gün meyxana bir az mahnılaşıb, amma bu o demək deyil ki, bütün müğənnilər gəlib meyxana oxumalıdır". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan "Afaqla 10lar" verilişində deyib. Müğənni meyxanaçıları tənqid edib. Seyidcahan onları "keyxanaçı" adlandırıb: "Əgər bir meyxanaçı ki, yazdığı şeiri dərk etmir və o sözləri ilə gənclərin tərbiyəsini pozur, "ç" hərfini "dzı" kimi tələffüz edir, "Jeep"ləri alıb, altına qoyur, biznes açıb, danışığını bilmir, onun adı "keyxanaçıdır". Bunu deməyə isə mənim ixtiyarım var. Bu gün mən Yazıçılar və Bəstəkarlar İttifaqının üzvü olaraq deməsəm o zaman ixtiyarım yoxdur üzvlüyü daşımağa". Qeyd edək ki, bundan əvvəl Seyidcahanla meyxanaçılar Vüqar Əbdülov və Orxan Lökbatanlı arasında qalmaqal yaşanıb. Geri qayıt |