Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Şou-biznes > "Dolanırlar, acından ölmək nə deməkdir?"
"Dolanırlar, acından ölmək nə deməkdir?"4-04-2025, 03:24 |
![]() Xalq artisti Samir Cəfərov müğənni Kərim Abbasovun "Bəzi Xalq və Əməkdar artistlər acından ölür" sözlərinə reaksiya verib. Axşam.az xəbər verir ki, "7 Tamam" verilişində qonaq olan sənətçi həmkarının ədəbsizlik etdiyini bildirib: "Kərimdən gözləməzdim, ondan titul və yaşca da böyüyəm. Belə səhv etmək nəyə lazımdır? Birincisi sənətkar olmurlar, sənətkar doğulurlar. İkincisi də Xalq artistləri dövlət tərəfindən maaşla təmin olunurlar. İşləri var, universitetlərdə dərs deyirlər. Müqavilələri var, konsertlərdən qonorar alırlar. Yəni dolanırlar, acından ölmək nə deməkdir? Onlar toy müğənnisi, oynayıb-oxuyan deyillər. Efirdən danışmısansa, Xalq artisti, pedaqoq kimi cavabını efirdən vermək istəyirəm. Mənim çox güclü sənətkar tələbələrim var. Əməkdar artist Teymur Əmrahın adını çəkir, olmaz! O, böyük sənətkardır, öz izi var. Sarayda 2 gün konsert etsə, anşlaq olar və Kərimin 1 illik gəlirini 2 konsertdən qazanar. Bir-birimizə hörmət edək. Onların pullarını saymaq, acından ölürlər demək, ədəbsizlikdir". Geri qayıt |