Əsas Səhifə > Şou-biznes > "Düşünəndə ki, nə qədər belə həkim var, dəhşətə gəlirəm"
"Düşünəndə ki, nə qədər belə həkim var, dəhşətə gəlirəm"Bu gün, 11:01 |
Xalq artisti Flora Kərimova plastik-cərrah Sevinc Heydərovanın lisenziyasının ləğv edilməsi ilə bağlı açıqlama yayıb. Axşam.az xəbər verir ki, müğənni bununla bağlı video yayımlayıb. O bildirib ki, uzun müddətdir S.Heydərovanın həkimlik lisenziyasının əlindən alınması üçün mübarizə aparır: "Bu haqq, düz söz, qələbəsidir. Bu qələbə çox insanın səhhətinin zəmanətidir. Neçə illərdir savadsız həkimlərlə savaşım bu gün nəticələndi. Onlar başa düşmədilər ki, hər dəfə milləti, xəstələri aldadanda özləri uçuruma gedirlər. Neçə dəfə mən Sevinc Heydərovaya demişdim ki, bacarmırsansa, bu işdən yapışma. Nəticəsi saxta sənədlər, sübutlar, adlar və fəaliyyət... Ümumiyyətlə, iş çox mürəkkəb idi. Nə qədər saxtalıq olar. Sizin hər addımınız saxta idi. Düşünəndə ki, nə qədər belə həkimlər var məni dəhşət bürüyür. Və hər bir xəstə həkimdən asılıdır. Hər mübarizə bugünkü nəticə ilə bitmir. Bu işi qələbə ilə nəticələndirən vəkillərimə təşəkkür edirəm. Bu məsələləri ictimailəşdirən Qənirə Ataşovaya. Çox sağ olun! Sizin zəhmətiniz böyükdür. Mənim haqq səsimi eşidib, inanıb, ürəyiniz yandı və ictimaiyyətə çatdırdınız". F.Kərimova bildirib ki, S.Heydərova ilə məhkəmə işi hələ də davam edir: "Savadsız Sevinc Heydərovaya dəstəyi olan insanlara üzümü tutub deyirəm ki, mən bu problemdən əl çəkən deyiləm. İşim bu saat Ali Məhkəmədədir. Sona kimi də gedəcəyəm. Nəticə əldə edənə qədər savaşıram. Dörd dəfə haqsız rəylərlə ekspertizanın nəticəsini oxuyub, eşidəndə əlimi hər şeydən üzmüşdüm. Burada açıq dəstək var idi. Və o dəstək çox insanların, xəstələrin evini yıxacaqdı, çünki Sevinc xanıma qol-qanad verirdi. Mənə manə olan, gözüyumulu Sevinc Heydərovanın tərəfini saxlayan insanlar güya heç nə olmamış kimi bəraət qərarı verən ekspertizanın cavabı sizi utandırmır? Prokurorluğun bu qərarından sonra heç olmasa vicdanınız sızıldayırmı? Əgər mənə az çox Vətənimdə nüfuz sahibi olan, sözünü deyən bir insanın başına bu oyun gətirilsə, bu haqsızlıq görün digər insanlar nələr çəkir. Gələcək günlərdə Ali Məhkəmənin baxışı var. Düşünürəm, inanmaq istəyirəm ki, Ali Məhkəmə bu işə ürəklə, vicdanla baxacaq və həssasla yanaşacaq". Qeyd edək ki, F.Kərimova da həkimi uğursuz əməliyyata görə məhkəməyə verib. 2021-ci ildə F.Kərimovanın gözlərinin üstünü estetik əməliyyat edib, botoks vurub. Ancaq müğənni bunun əks fəsadlarını görüb, gözlərinin görmə qabiliyyəti tamamilə zəifləyib. F.Kərimovanın mətbuata verdiyi açıqlamalara görə, S.Heydərova həkimliyə başlayanda əvvəl endikrinoloq, nevroloq, lap sonda isə plastik-cərrah kimi fəaliyyətini davam etdirib. Geri qayıt |