Əsas Səhifə > Şou-biznes > "Yutubla əməkdaşlıq edən şirkətlər saxtakarlıqla məşğuldur"
"Yutubla əməkdaşlıq edən şirkətlər saxtakarlıqla məşğuldur"Bu gün, 16:30 |
"Buradan aidiyyəti qurumlara müraciət edirəm. Azərbaycanda fəaliyyət göstərən bəzi xarici şirkətlərin yutub tərəfdaş qrupları saxtakarlıqla məşğul olaraq, insanları aldatmaqla özlərini mülkiyyət sahibi kimi təqdim edirlər. Bəstəkarlar, fitri istedadı olan şəxslərin mahnılarını yazdıqdan sonra, həmin əsərlər Bəstəkarlar İttifaqında və ya müvafiq mülkiyyət reyestrində qeydiyyata alınmadan, sadəcə hansısa bir kağız üzərində imza atmaqla həmin şəxsləri hüquq sahibi kimi tanıdırlar. Daha sonra isə bu əsərləri Türkiyədə fəaliyyət göstərən bir çox hüquq şirkətlərinə göndərərək ifaçıların hüquqlarını pozurlar". Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Tarix Əliyev (Tolik) sosial şəbəkədəki paylaşımında danışıb. O bildirib ki, bir çoxları müəllif hüquqları ilə bağlı saxtakarlıq edir: "Bu məsələnin ciddiliyini vurğulamaq istəyirəm və ətraflı araşdırma aparılmasının vacibliyini qeyd edirəm. Bu, olduqca aktual bir problemdir və Azərbaycanda qanunlara zidd olaraq baş verən hüquq pozuntularını aradan qaldırmaq üçün bu cür şirkətlər mütləq yoxlanılmalıdır. Bəziləri qanunu bilmir və fırıldaqçılıq edir. Bir bəstəkar dünyasını dəyişirsə, xanımı onun işləri haqda vərəsəlik irəli sürməlidir. Əgər bəstəkar Əqli Mülkiyyətdən keçməyibsə, xanımı bunu edə bilməz. Qanunsuz işlər etməyin. Qohumlar mahnının sahibi sayılmır". Geri qayıt |