Əsas Səhifə > Şou-biznes > O tərbiyəsizliyə sponsorluq edən kimlərdir?
O tərbiyəsizliyə sponsorluq edən kimlərdir?Bu gün, 01:19 |
Xəbər verdiyimiz kimi, “TikTok”da müxtəlif adlar altında əyləncə yarışları təşkil etməklə əxlaqsızlığı təbliğ edən şəxslər polis əməkdaşları tərəfindən saxlanılıb. “Qafqazinfo”nun məlumatına görə, burada ən çox müzakirə olunan məsələlərdən biri də belə bayağı yarışlara sponsorluq edən şirkətlərdir. Düzdür, bunların çoxu xırda şirkətlərdir, amma aralarında kifayət qədər tanınan markalar da var. Buna misal olaraq Bakıda fəaliyyət göstərən “İstanbul NS” klinikasını və “Halva” restoranlar şəbəkəsinin adını çəkmək olar. Tərbiyəsizliyə görə saxlanılan yarış iştirakçılarına isə avtomobil hədiyyə edən “Legend Motors”dur. Görünür, bu adlar üçün təkcə sadəcə, özlərinin reklamları və bu reklamdan əldə edəcək müştərilər maraqlıdır. Yoxsa, bilə-bilə niyə tərbiyəsizliyə sponsorluq etsinlər ki? Onu da qeyd edək ki, istər televiziya məkanında, istərsə də, sosial şəbəkələrdə bayalığa sponsorluq edən şirkətlər kifayət qədərdir. Hansı ki, bu şirkətlər məqamı gələndə ciddi, ictimai yükü olan layihələrə sponsorluq etməkdən boyun qaçırırlar. Qeyd edək ki, bu gün DİN tərəfindən keçirilən əməliyyat nəticəsində “TikTok”da tərbiyəsizliyi təbliğ edən bu tip yarışların iştirakçıları və bu “layihə”lərdən birinin rəhbəri Azər Zahid saxlanılıb. Hazırda bu istiqamətdə araşdırmalar davam etdirilir. Geri qayıt |