Əsas Səhifə > Şou-biznes > "Verilişlər çəkiliş istəyir, məndən inciyir..."

"Verilişlər çəkiliş istəyir, məndən inciyir..."


14-12-2024, 07:07
"Verilişlər çəkiliş istəyir, məndən inciyir..."
"Əsas çətin işin öhdəsindən gəlmək lazımdır. Bunun qarşısında zəhmət dayanır. Ailəmin, uşaqlarımın üzünə həsrət oluram. Amma ailəmi də, sənəti də qorumalıyam. Bunun da önündə anlayış durur".

Bu sözləri Xalq artisti Gülyanaq Məmmədova "Həmin Zaur" verilişində deyib. Müğənni ailəsindən danışıb. O bildirib ki, həyat yoldaşı evində çəkiliş edilməsini istəmir:

"Şəxsi həyatımı efirə gətirmək niyyətində olmamışam. Xalqa səsim, ifalarım aiddir. Həyat yoldaşım kameranı sevmir. Verilişlər çəkiliş istəyir, məndən inciyir. Evimə gəlin, amma kamerasız".

G.Məmmədova bildirib ki, aldığı mükafatları yuxusunda görüb:

"Bütün mükafatlarımı yuxuda görmüşəm. Yuxularım gələcəyimin xəbərçisidir. Yuxularım çin olandan sonra danışıram".

Axşam.az
Geri qayıt