Əsas Səhifə > Şou-biznes > "Qadınlar deyir ki, ərim sizi çox sevir"
"Qadınlar deyir ki, ərim sizi çox sevir"11-12-2024, 01:41 |
“Baxmayaraq ki, sənət adamıyam, amma vaxt olduqca ev işlərimi də görürəm. Evdə vaxt keçirməyi çox sevirəm. Mən evdə olanda bayram olur. Bilirlər ki, yaxşı yeməklər hazırlayacam, hər şey qaydasında olacaq (gülür). Əlbəttə ki, bütün xanımlar, ələxsus analar belədir. Hər bir evdə, ailədə anaların qayğısına, onların istiliyinə ehtiyac var. Evdə olanda həftənin 1 yaxud 2 gününü nəvələrimə ayırıram. Onlar mənə “Dünyanın ən gözəl nənəsi”, “Gülüstan Əliyeva” və s. kimi müraciət edirlər. Bu da məni çox sevindirir” Bunu Moderator.az -a açıqlamasında əməkdar artist Gülüstan Əliyeva deyib. O daha sonra əlavə edib: “Arzunun böyüyü-kiçiyi yoxdur. Onlar bir-bir həyata keçdikcə insan özünü xoşbəxt hesab edir. Əlbəttə ki, nə qədər yaşayırıq arzular da var olacaq. Çox istərdim ki, insanlar bir-birinə mehriban baxışlarla baxsınlar. Sosial şəbəkələrdən bir az ayrılsınlar. Süni intellektlərdən uzaq dursunlar. Əlbəttə ki, bunlar artıq bizim həyatımıza daxil olub, onlardan yaxa qurtara bilməyəcəyik, amma o sevgini, duyğunu emojilərlə, şəkillərlə yox, səmimi hisslərlə, bir-birini qucaqlayaraq, yaxından hiss edərək, bir-birini sevərək yaşasınlar. Düşünürəm ki, bu insanların həm ömrünü uzadar, həm də bərabərlik olduğu zaman hər yer adama istidir, doğmadır. İnsanlara bu birlikdəliyi arzulayıram” deyə o bildirib. “Gözəlliyinizi qısqananlar, paxıllığınızı çəkənlər varmı?” sualına sevilən sənətkar belə cavab verib: “Gözəl olmaq çox böyük xoşbəxtlik və səadətdir. Amma bu bir o qədər də mənə mane olur. Zamanında da olub, bu gün də olur. Gözəlliyimi qısqananlar var. Bunu mənə üzdə göstərə bilməsələr də onların gözlərindən oxuyuram. Çox maraqlıdır ki, qadınlar mənə yaxınlaşıb deyirlər ki, həyat yoldaşım o qədər çox sevir ki, sizi.. Sizin mahnılarınızdan, səhnə performansınızdan ötrü ürəyi gedir. Soruşuram ki, bəs sən necə? Deyir ki, mən də sizi çox sevirəm. Əlbəttə ki, gözəl qalmaq üçün qəlbini, ruhunu gözəl tutmalısan. Həmişə səmimi olmalısan, pis fikirlərdən, fitnə-fəsadlardan uzaq qalmalısan” deyə sənətkar bildirib. Geri qayıt |