Əsas Səhifə > Şou-biznes > "Məni anlamayanlar yetişməyiblər"

"Məni anlamayanlar yetişməyiblər"


8-12-2024, 17:19
"Məni anlamayanlar yetişməyiblər"
"Kimsə irad tutanda səbrlə dinləyirəm. Görürsünüz, mənə nələr deyirlər? Onlar hələ yetişməyiblər. Məni anlayanlar yetişib, anlamayanlar yetişməyib".

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan "Qonaqcanlı" verilişində deyib. Müğənni şeirlərinin tənqid olunmasından danışıb.

Seyidcahan oğlu ilə münasibətlərinin yaxşı olmaması haqda suallara belə cavab verib:

"Oğlumda hələ yetişməyib. Elə vaxt olub ki, onunla danışmamışıq. Hərdən səddi övladlarına da qoymalısan. Bir dəfə oğlum mənə mesaj yazdı ki, sənin klipinə baxdım, qarşında baş əyirəm. Hətta aramız soyuq olan vaxtlarda. Avropada övlad 18 yaşına çatanda deyirlər, get ayrı yaşa. 40 yaşında övlad məcburdu mənim yanımda qalsın? Oğlum bir az məndən ayrı qalanda deyirlər, küsülüdürlər".
Geri qayıt