Əsas Səhifə > Şou-biznes > “Mayda müraciət etmişdim, bu gün gəldilər”

“Mayda müraciət etmişdim, bu gün gəldilər”


8-12-2024, 12:48
“Mayda müraciət etmişdim, bu gün gəldilər”
Aparıcı İlkin Həsəni sosial şəbəkədə etdiyi paylaşımı ilə diqqət çəkib.

Axşam.az xəbər verir ki, o, mayın 27-də Yaşıllaşdırma Təsərrüfatı Birliyinə etdiyi müraciətə 7 ay sonra reaksiya gəlməsinə irad bildirib:

"Mayın 27-də Nəsimi rayonunda yerləşən köhnə məhəlləmizdəki ağacların budanması ilə bağlı Yaşıllaşdırma İdarəsinə müraciət etmişdim. Sağ olsunlar, bu gün gəlib etdilər. Təşəkkürümüzü bildiririk. Mayın 27-si, bəli, mayın 27-si".
Geri qayıt