Əsas Səhifə > Şou-biznes > “Əlixanın filmini söyüşə görə tənqid etmişdilər, söyüşü söyən mən idim”-xalq artisti
“Əlixanın filmini söyüşə görə tənqid etmişdilər, söyüşü söyən mən idim”-xalq artisti6-12-2024, 09:11 |
“Öz işimdən, taleyimdən razıyam. Lazım olmuşamsa çəkilmişəm. “Tütək səsi” filmində balaca bir rolum var. Amma Cümrüdür ee bu! Onu mən heç bir baş rola dəyişmərəm. Almaniyanın kino akademiyasının məzunu bir film çəkirdi. Filmin adı “Tabutdüzəldənin yelləncəyi” idi. O film Los Ancelesdə tələbə “Oskar”-ı aldı. Sevinirəm ki, mən də orada baş roldayam. “Baladadaşım ilk məhəbbəti” filmi kimi bu da diplom işi idi. Elxan Cəfərovun iki filmində çəkilmişəm. Biri roldur, biri də böyük epizod. O qədər sevirəm ki, həmin epizodu” Bunu Moderator.az-a açıqlamasında xalq artisti Şamil Süleymanlı deyib. O daha sonra əlavə edib: “Bu günki filmlərə baxanda biz aktyorlar yığışıb rejissora nəsə deyə bilərik. Birinci dəfə deyil ki, çəkilirəm. Bu yaxınlarda “Heykəlin sirri” adlı filmdə çəkildim. Ssneari özü-özlüyündə çox xoşuma gəlmişdi. İndi bilmirəm rejissor onu necə çəkib? Çəkiliş ayrı şeydir, ekran ayrı. Sən burada neynirsən et, ekran səni necə göstərəcək onu bilmirik. Ekranın öz kaprizləri var. O kaprizlərin qabağında rejissor dayanır. Güzgü səni necə varsansa elə göstərir, amma ekran başqa şeydir. Qadasını alım ekranın. Ona görə də boynumuza almalıyıq ki, kino rejissor sənətidir” deyə aktyor bildirib. Xalq artisti gəncləri qınayan, tənqid edən sənət adamlarından da danışıb: “Gənclərin çəkdiyi filmlərə çağırılan kimi gedirəm. Heç ssenarini oxumuram, xoşuma gəldi-gəlmədi gedirəm. Əlixan Rəcəbovun çəkdiyi filmi tənqid etmişdilər ki, orada söyüş var. O söyüş söyənlərdən biri də elə mən idim. Bizim gənclərdən öyrənəcəyimiz çox şey var. Kim ki, pafosla deyir ki, bizim vaxtımızda mən bədii şuranın qabağında filan şey və s. Boş-boş şeylərdir. İndiki gənclər kompyuterdə düyməni basır, dünyanın hansı yerinə olsa gedir. Mən tiktokda tərbiyəsizlik edən gənclərdən danışmıram. Mən dünya kitabxanalarına gedib çıxan gəncləri misal çəkirəm. Onlar gör neçə dildə danışırlar?!” deyə sənətkar bildirib. Geri qayıt |