Əsas Səhifə > Şou-biznes > "Ticarətlə məşğul olmaq istəyirdim..."

"Ticarətlə məşğul olmaq istəyirdim..."


28-11-2024, 01:06
"Ticarətlə məşğul olmaq istəyirdim..."
"1990-cı illərdə hamımız bədbinləşmişdik. Səhnədən uzaqlaşmaq istəyirdim. Çünki sənət sınmışdı, sönmüşdü. Ticarətlə məşğul olmaq istəyirdim".

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Çingiz Əhmədov "7 Tamam" verilişində deyib. O, səhnə fəaliyyətinə davam etdiyi üçün həyat yoldaşına minnətdarlığını bildirib:

"Həmin illərdə həyat yoldaşım dedi ki, ticarət gəldi gedərdi, amma sən, Çingizsən. 10 yaşından bu sənətlə yaşamısan. Minnətdaram həyat yoldaşıma ki, məni həmin dövrdə sənətdə saxlamağı bacardı. Hər zaman da deyirəm ki, Allah Ulu Öndər Heydər Əliyevə rəhmət eləsin. Onun ruhu qarşısında baş əyirəm. Çünki 1990-cı ildən sonra insanları yenidən teatra yığdı. Özü gəlirdi və aktyorlarla görüşürdü, söhbət edirdi. Xalqı yenidən teatra yığdı ki, bu, bizə lazımdır".
Geri qayıt