Əsas Səhifə > Şou-biznes > "Körpə olduqları üçün onları qucağına götürməyə qorxur"
"Körpə olduqları üçün onları qucağına götürməyə qorxur"21-11-2024, 08:51 |
Aşıq Ulduz Sönməzin müğənni qızı Sədaqət əkiz övladları dünyaya gəldikdən sonra ilk dəfə "7 Tamam" verilişində qonaq olub. Axşam.az xəbər verir ki, əkizlərindən danışan ifaçı onlar üçün iki dayə tutduğunu bildirib: "Əkizlərimin iki dayəsi var. Çox gözəl insanlardır. Düzdür, övladlarıma özüm də baxıram. Dayələrdən qabaq hər şeyləri ilə maraqlanıram. Dünən 7 ayları tamam oldu. Biri-birinə oxşamırlar. Biri mənə, digəri isə həyat yoldaşıma oxşayır. Yoldaşım hazırda xaricdədir, bu səbəbdən uşaqlara baxmaqda mənə kömək edə bilmir. Anam isə sevinir. Körpə olduqları üçün onları qucağına götürməyə qorxur". Qeyd edək ki, Sədaqət Ulduz 2019-cu ildə ailə qurub. Uzun müddətdir analıq arzusunda olan ifaçının həyat yoldaşı İsveçrədə yaşayır. Geri qayıt |