Əsas Səhifə > Şou-biznes > Azərbaycan gözəli İstanbulun küçəsində
Azərbaycan gözəli İstanbulun küçəsində3-06-2017, 09:48 |
DİA.AZ: - “Azərbaycan gözəli - 2016" seçilmiş Günel Ağayeva İstanbulda aldığı təkliflərdən danışdı. DİA.AZ xəbər verir ki, 6 aydır qardaş ölkəyə köçən azərbaycanlı model Günel Türkiyənin "Dali Yapım" film şirkətiyi ilə əməkdaşlığını davam etdirir. Əməkdaşımıza açıqlama verən həmyerlimiz, aktrisalıq dərsləri aldığını vurğulayıb: "Türkiyədə aktrisa fəaliyyətimi davam etdirməyim üçün aktrisalıq dərsləri alıram. Danışıqlar mərhələsi olduğundan bu haqda detallı açıqlama vermək istəmirəm. Obraz seçimi dəqiqləşəndən sonra, bu haqda ilk olaraq diaaz.space oxucularını məlumatlandıracağam. Onu da qeyd edim ki, Azərbaycanın tanınmış maqazin jurnalisti və PR meneceri Elton Hacıyevlə işbirliyinə başlamışam. Və xəbərdə yayımlanan fotoların müəllifi də məhz Hacıyevdir". Geri qayıt |