1 milyon manatı qanunsuz yolla leqallaşdıranların məhkəməsi başladı .....                     Çalışdığım müddətdə hər rüb 10 min manat paket almışam .....                     Xaos davam edir: .....                     Nazir müavininin sənəd saxtakarlığı üzə çıxdı .....                     Nazirin sertifikat alverçilərindən xəbəri olmayıb? .....                     Səhiyyə Nazirliyindəki həbslərin SENSASİON TƏFƏRRÜATLARI .....                     Bəxtiyar Hacıyev “Qərbi Azərbaycan” İcmasına müraciət edib .....                     General bu xanımı idarə rəisi təyin etdi .....                     Ramil Usubovun ailəsində xoş gün .....                     Kommunal xətlər keçən ərazidə tikilən evlərlə bağlı BƏD XƏBƏR .....                     “Mənə pul xərcləyən adamı tapsanız...” .....                     “Heç bilmirəm “xalq artisti” adını necə alırlar, onlar mənim qədər sevilmirlər” .....                     Suriyanın müxalif qrupları dağılmaq və müdafiə nazirliyi altında birləşmək barədə razılığa gəlib .....                     “Əlil olduğum üçün banklar mənə kredit vermir, halbuki həmin bankdan əməkhaqqı alıram” .....                     Azərbaycan Quru Qoşunları komandanı türkiyəli həmkarı ilə görüşüb .....                     Mərkəzin direktoru təqaüdə GÖNDƏRİLDİ .....                     Ət kağız üstündə artır, bəs bazarda? .....                     İsrail Pezeşkianın istefasını gözləyir .....                     Ən çox sığorta haqqı toplayan .....                     Bir düz bütün səhvləri aparır: Zəngəzur həqiqətləri, İrəvan nağılları .....                     Banklar tərəfindən təqdim olunan ən yüksək əmanət faziləri .....                     Yeni il şənliyi bizə neçəyə başa gələcək? .....                     Tiktokerlərə hansı cəza verilə bilər? .....                     Tahir Qədəşov 2025-ci ildə hakim qarşısında dayanacaq .....                     Onları ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir .....                     "Yalan məlumatı ayırd etmək və medianın təsirini anlamaq .....                     Professordan tiktokerlərin həbsinə reaksiya: .....                     SOCAR bölgələrdə yanacaq çatışmazlığına münasibət bildirib .....                     Zərifin sözlərini CİDDİYƏ ALAQMI? .....                     Suriya İran üçün hava məkanını bağladı .....                     "Paysis" MMC-nin vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb edilib .....                     Ermənistan ABŞ-dan sabiq müdafiə nazirinin malikanəsinə .....                     Şimal-qərb küləyi əsəcək .....                     İlhamə Elşadqızı saxlanılıb .....                     "Kənd təsərrüfatı məhsullarını xaricə aparan adamların məsuliyyətə cəlb olunması qanunsuzdur" .....                     Tərtərdə İlham Əliyevin doğum gününə həsr olunan ağacəkmə aksiyası keçirilib .....                     Azər İsmayılovdan qonşular dəfələrlə şikayət edibmiş .....                     "Üzrü günahından betər"... .....                     Yumurtanın qiyməti 22 qəpiyə QALXDI .....                     "Tiktokerlərdən yox, telekanallardan başlamaq lazımdır..." .....                 

““Bəyaz gecələr” albomunu yazanda böyük məbləğdə borca girdim”
Tarix: 26-05-2014, 09:04 | Çap et
““Bəyaz gecələr” albomunu yazanda böyük məbləğdə borca girdim”
Musiqi donmuş təbə ilham verən, yorğun ruha isə qida bəxş edəndir. O, insan şüurundan çox qəlblərə, duyğulara təsir edir. Onu bizə çatdıran gözəl ürəyi olan, xoş avazı olan sənətkarlarımızdır. Əziz oxucularımız, bu gün də gözəl səsi və sənəti ilə özünü xalqına, xalqını isə dünyaya tanıtdıran hörmətli müğənnimiz Səyyad Əlizadədir.

- Sizin yaradıcılıq mərkəzinizə daxil olarkən qapının yuxarısından asılmış üç rəngli bayrağımız, Qurani-Kərim və qədim musiqi alətlərimizdən – saz, tar, kaman və qaval oldu. Bu dizaynın xüsusi mənası varmı?

- Onu da qeyd eləyim ki, “Bəyaz gecələr” yaradıcılıq mərkəzi 2002-ci ildən fəaliyyət göstərir. Həmişə arzum o olub ki, öz yaradıcılıq mərkəzim olsun və mən öz musiqimizə burda xidmət eləyim.

- Sizin xidmətləriniz nədən ibarətdir və nə kimi işlər görürsünüz?

- Biz burda çox işlər görmüşük. Məsələn, öz keyfiyyətini itirmiş köhnə musiqi əsərlərimizi, mahnılarımızı və Qurani-Kərimin səsli kitab variantını işləmişik. Bu o deməkdir ki, kimin kitab oxumağa zamanı və ya vaxtı olmasa, həmin diski qoyub Qurani-Kərimin səsli versiyasına qulaq asa bilər. İndiki zamanda buna gənclərin də çox ehtiyacı var və mən düşünürəm ki, gənclərimizin mənəvi dünyasına çox yüksək təsir ola bilər. Qurani-Kərimin səsli variantını dörd ilə işləyib başa vurmuşuq.

- Bura hər cür insan gəlir. Görəsən, onlar Qurani-Kərimin altından keçəndə hansı hissləri keçirdirlər?

- Bura ən çox yaradıcı insanlar gəlir. Yəqin ki, bunun da onlara böyük təsiri olur. Çox güman ki, bu insanların içində vicdan əzabı çəkənlər də var. Hər kəsin öz daxili aləmi var. Mən musiqimizi sevdiyim kimi xalqımı da sevirəm. Azərbaycan xalqı dünyanın ən yüksək mənəvi zənginliyinə məxsus olan bir xalqdır. Sadəcə, biz bir-birimizin qədrini bilmirik.

- Niyə?

- Məsələn, radiolarımızdan götürək. Radiolarımızda Azərbaycan müğənnilərinin mahnılarını səsləndirmək üçün ödəniş eləmək lazımdır. Amma dünyanın bütün zənciləri, ingilisləri, fransızlarını gecə-gündüz oxudurlar. Onlardan niyə ödəniş almırlar? Bütün bunlar mənə çox pis təsir edir. Özümüz-özümüzə hörmət qoymuruqsa, qıraq bizə necə hörmət qoyacaq?

- Sehrli xalatımız olmasa da, bəlkə xatirələrdə keçmişə qayıdaq?

- Mən Füzuli rayonunun Şıxbaba kəndində anadan olmuşam, Əşrəf kişi və Maya xanımın ailəsində. Ailədə 2 bacım, 4 qardaşım var. Mən ailənin 3-cü övladıyam. Hələ məktəbə getmədən radioda eşitdiyim mahnıları özüm üçün oxuyurdum. 1-ci sinfə gedəndə nəğmə dərsində müəllim gördü ki, yaxşı oxuyuram, gözəl səsim var. Məni məktəbdə olan ansambla apardılar. Musiqi rəhbəri qulaq asdı və bəyəndi. Bundan sonra mən nəinki məktəbdə, rayon tədbirlərində də çıxış edirdim.

- Siz düşünürdünüzmü ki, məhz müğənni olacaqsınız?

- Xeyr, düşünməmişdim. Çünki bu sənətə əlçatmaz baxırdım.

- Bildiyimə görə, siz həm də mühəndissiniz?

- Bəli, mən orta məktəbi bitirən kimi İnşaat Mühəndislər İnstitutuna daxil olmuşam. Lakin oxuduğum müddətdə musiqidən ayrılmamışam. Bu institutda oxuya-oxuya həm Azərbaycanda, həm də Azərbaycandan kənar ölkələrdə mötəbər müsabiqələrin laureatı olmuşam. Gördüyünüz bu mükafat və diplomlarımı həmin yarışlarda qazanmışam. 150-dən çox mükafatım var.

- Bəs İncəsənət institutuna nə zaman daxil oldunuz?

- Mən “Oxu tar” müsabiqəsinin qalibi olandan sonra korifey sənətkarımız Süleyman Ələkbərov məni çağırtdırdı Konservatoriyaya, mənimlə xeyli söhbət etdikdən sonra dedi ki, oğul, sən mütləq musiqi təhsili almalısan. 1988-ci ildə İncəsənət institutuna daxil oldum, vokal üzrə. 1990-cı ildə də vokal dərsini bitirdim.

- İlk dəfə səhnəyə və televiziyaya nə vaxt çıxmısınız?

- Səhnəyə ilk dəfə 6 yaşımda 1-ci sinifdə oxuyanda “Yenilməz batalyon”da faytonçunun mahnısıyla, efirə isə I kursda “Xoş gördük, tələbə” verilişində bu mahnıyla çıxdım (zümzümə edərək oxudu).

- Sizcə sənətimiz uçurumun astanasında deyil ki?

- Uçurumun astanasında deyə bilmərəm, amma o xaos var ki, onu da yaradan bizim radio və televiziyalarımızdır. Nə gəldi, efirə verirlər. Qabaqlar belə şeylər yox idi. İnsanlıqda belə bir aksiom var – pisi yaxşıdan tez qəbul edirlər. Əlbəttə, efirdə görəcəklər ki, bir xalq artisti səhnəyə göbəyi açıq geyinib çıxır, gənc qızlarımız da deyəcəklər ki, deməli, biz də belə edə bilərik. Beləliklə də mənəviyyatımız başlayır pozulmağa.

- Sizcə belə insanlarla mübarizə aparmaq olmazmı?

- Mən mübarizəmi həmişə aparıram. Ancaq tək əldən səs çıxmaz. Artıq 2 ildir bu verilişlərdən ibrət dərəsi götürərək gözəl bir layihə üzərində çalışıram və ümidvaram ki, bu yaxınlarda televiziya kanallarında öz əksini tapacaq.

- Yeni layihəniz nədən ibarətdir?

- Layihəm həm maarifləndirici, həm də gənc nəslin tərbiyəsinə müsbət təsir eləyən bir layihə olacaq. Belə deyək ki, tərəqqinin tərənnümü. Oğlum Atabəy həmişə mənə deyir ki, ata, nə yaxşı ki, biz Azərbaycanda yaşayırıq. Sual verəndə ki, nəyə görə belə düşünürsən, deyir ki, axı başqa ölkələrdə adamları öldürürlər, evlərini partladırlar, küçələrdə ac qalırlar. Amma bizdə elə şeylər yoxdur. Baxın ki, uşaq öz ağlıyla buna qiymət verir, amma efirlərimiz öz verilişlərində xalqı ağlar günə salır.

- Neçə övladınız var?

- İki övladım var – qızım Şəhla, oğlum Atabəy.

- Səyyad müəllim həyatda bir dəfə də olsun yalan danışıb?

- Danışmışam. Amma mənim yalanlarım müqəddəs yalanlar olub.

- Səyyad müəllim kiminsə qəlbinə hicran dağı çəkibmi?

- Rəhmətlik atam bizi həmişə qapalı böyüdüb. Bizə həmişə deyərdi, çalışın sevməyin. Gərək sevəsən ki, hicran dağı çəkəsən. Allaha şükür ki, mən sevdiyim qızla ailə qurmuşam. Amma məni sevənlər olub. Biri var Səyyadı vaxtında sevsinlər, biri də var Səyyad Əlizadə olandan sonra sevsinlər. Bəli, bir həkim xanım var idi. Neçə illər məni sevdi, sevgisinə cavab tapmadı. Mənə zəng edərək bu sözləri dedi. Siz mənə ürəkağrısı tapdırdınız. Niyə aldatmalıydım? Mən ailəli adam idim. Məsələn, sizi birinci dəfədir görürəm, siz də mənə doğmasınız. Uzaq olsun, sizə başqa bir fikirlə baxa bilərəmmi? Əgər istəyirsən hörmətli olasan, gərək əsl kişi kimi olasan. Əlbəttə, mən də çox şeylər görmüşəm.

- Jurnalistlərlə dostluq edirsinizmi?

-100-dən 5-ni seçirəm, qalanları isə özü jurnalistdir, əməli başqa şeydir.

- Sevən ürək nə zamansa unutmağı bacarırmı?

- Mən xaraktercə çətin adamam. Sevdiyim adama bir anda nifrət edə bilərəm. Çünki sevəndə qəlbdən sevirəm. Qarşımda hansısa haqsızlıq və xəyanət görərəmsə, bir andaca nifrət edər və unudaram.

- Depressiyaya düşmüsünüz?

- Düşmüşəm, bizim bir oğul övladımız əlimizdən gedəndə çox pis depressiyaya düşdüm. Bu olub 2006-cı ildə.

- İndiki şou-biznesdə olan ikiüzlülük, xəyanətkarlıq və qalmaqallara münasibətiniz?

- Mənim onlara yazığım gəlir. Belə “müğənnicik”lərin çoxu o qədər səviyyəsiz, o qədər savadsızdır ki, onlara nəinki qulaq asmaq, heç baxmaq da istəmirsən. Bunlar xalqda bir ikrah hissi oyadırlar. Mən ona can atıram ki, adım şou biznesdə yox, sənət aləmində olsun. Belə “müğənnicik”ləri efirə buraxmaq özü də bir cinayətdir.

- Həyatda nəyəsə risk etmisiniz?

- Eləmişəm. Məsələn, “Bəyaz gecələr” albomunu yazanda böyük məbləğdə borca girdim. Bu risk mənim sənətim üçün idi. Gördüyünüz bu yaradıcılıq mərkəzinə çəkdiyim xərcə böyük bir villa tikdirə bilərdim. İllərdir ailəmlə birgə 4 otaqlı mənzildə yaşayıram.

- Səyyad müəllim, sizcə fəxri adın vaxtı gəlib çatıbmı?

- Mənə ad verilsə də, verilməsə də, dövlətimi də, dövlətçiliyimi də sevirəm və sadiq bir vətəndaşam. Kaş mənim xalqıma, dövlətimə olan sevgimin bir qismi müxtəlif yollarla ad alan əməkdar və xalq artistinin birində olaydı.

- Ən böyük arzunuz?

- Azərbaycanın ərazi bütövlüyü.

- “Oxu Məni”yə arzularınız?

- “Oxu Məni” 20 ilə yaxındır Azərbaycan mətbuatında öz dəsti-xəttini tapıb. Sizin qəzetlə bağlı xoş xatirələrim çoxdur. Bir sirr də açım ki, 2003-cü ildə sizin baş redaktorun toyunda çıxış etmişəm. Qəzetiniz uzun ömürlü olsun. Hər zaman hamının maraq dairəsində olsun. Bütün yaradıcılıq heyətinizə, o cümlədən də sizə uğurlar arzulayıram.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
1 milyon manatı qanunsuz yolla leqallaşdıranların məhkəməsi başladı - TƏFƏRRÜAT
Bu gün, 16:46
Çalışdığım müddətdə hər rüb 10 min manat paket almışam - Naxçıvan Səfərbərlik xidmətinin həbsdə olan sabiq rəisi
Bu gün, 16:40
Xaos davam edir: - "Müharibələr ssenarisinə hazır olmalıyıq"
Bu gün, 16:29
Nazir müavininin sənəd saxtakarlığı üzə çıxdı - İLGİNC...
Bu gün, 16:25
Nazirin sertifikat alverçilərindən xəbəri olmayıb? - AKTUAL
Bu gün, 16:00
Səhiyyə Nazirliyindəki həbslərin SENSASİON TƏFƏRRÜATLARI – 8 saat cərrahiyyə stolunda qaldım, sinəm kiçilmədi!
Bu gün, 15:55
Bəxtiyar Hacıyev “Qərbi Azərbaycan” İcmasına müraciət edib - SƏBƏB
Bu gün, 15:52
General bu xanımı idarə rəisi təyin etdi - FOTO
Bu gün, 15:51
Ramil Usubovun ailəsində xoş gün
Bu gün, 15:49
Kommunal xətlər keçən ərazidə tikilən evlərlə bağlı BƏD XƏBƏR - Söküləcək və kompensasiya VERİLMƏYƏCƏK?
Bu gün, 15:46
“Mənə pul xərcləyən adamı tapsanız...” – Nazilədən SƏS-KÜYLÜ VİDEOMÜSAHİBƏ
Bu gün, 15:44
“Heç bilmirəm “xalq artisti” adını necə alırlar, onlar mənim qədər sevilmirlər” - ETİRAZ
Bu gün, 15:42
Suriyanın müxalif qrupları dağılmaq və müdafiə nazirliyi altında birləşmək barədə razılığa gəlib - Suriyanın yeni administrasiyası
Bu gün, 15:40
“Əlil olduğum üçün banklar mənə kredit vermir, halbuki həmin bankdan əməkhaqqı alıram” - BU NƏDİ BELƏ?..
Bu gün, 15:36
Azərbaycan Quru Qoşunları komandanı türkiyəli həmkarı ilə görüşüb
Bu gün, 15:19
Mərkəzin direktoru təqaüdə GÖNDƏRİLDİ - FOTO
Bu gün, 15:18
Ət kağız üstündə artır, bəs bazarda? - ŞƏRH
Bu gün, 15:14
İsrail Pezeşkianın istefasını gözləyir – “Keyhan”
Bu gün, 15:13
Ən çox sığorta haqqı toplayan - 6 ŞİRKƏT
Bu gün, 15:09
Bir düz bütün səhvləri aparır: Zəngəzur həqiqətləri, İrəvan nağılları - GƏLİŞMƏ
Bu gün, 15:07
Banklar tərəfindən təqdim olunan ən yüksək əmanət faziləri – Tam siyahı
Bu gün, 15:05
Yeni il şənliyi bizə neçəyə başa gələcək? - 500 manata MENYU
Bu gün, 15:02
Tiktokerlərə hansı cəza verilə bilər? - Vəkildən AÇIQLAMA
Bu gün, 14:59
Tahir Qədəşov 2025-ci ildə hakim qarşısında dayanacaq - 14 milyonluq dələduzluq işi
Bu gün, 14:58
Onları ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir - Başqa cür ola da bilməz...
Bu gün, 14:00
"Yalan məlumatı ayırd etmək və medianın təsirini anlamaq dezinformasiyaya qarşı mübarizədə effektiv üsuldur"
Bu gün, 13:58
Professordan tiktokerlərin həbsinə reaksiya: - Yolverilməzdir!
Bu gün, 13:28
SOCAR bölgələrdə yanacaq çatışmazlığına münasibət bildirib - AÇIQLAMA
Bu gün, 13:07
Zərifin sözlərini CİDDİYƏ ALAQMI? - İNCƏLƏMƏ
Bu gün, 13:05
Suriya İran üçün hava məkanını bağladı – Tehrandan cavab
Bu gün, 13:02
"Paysis" MMC-nin vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb edilib
Bu gün, 13:00
Ermənistan ABŞ-dan sabiq müdafiə nazirinin malikanəsinə həbs qoyulmasını istəyib
Bu gün, 12:45
Şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:42
İlhamə Elşadqızı saxlanılıb
Bu gün, 12:37
"Kənd təsərrüfatı məhsullarını xaricə aparan adamların məsuliyyətə cəlb olunması qanunsuzdur" - RƏY
Bu gün, 12:33
Tərtərdə İlham Əliyevin doğum gününə həsr olunan ağacəkmə aksiyası keçirilib - FOTO
Bu gün, 12:29
Azər İsmayılovdan qonşular dəfələrlə şikayət edibmiş - Tiktokerlərlə bağlı ŞOK MƏLUMATLAR
Bu gün, 12:24
"Üzrü günahından betər"... Avtomobillərin çəninə benzin əvəzinə su vuran "Lukoil"ə inamsızlıq yaranıb
Bu gün, 12:17
Yumurtanın qiyməti 22 qəpiyə QALXDI – Qıtlıq, yoxsa bayramqabağı BAHALAŞMA?
Bu gün, 12:14
"Tiktokerlərdən yox, telekanallardan başlamaq lazımdır..." - ÇAĞIRIŞ
Bu gün, 12:09
“Azərişıq”da yeni rəis TƏYİNATI - ƏMR
Bu gün, 12:05
Starmer Ukraynaya qoşun göndərməyə hazırdır - "The Times"
Bu gün, 12:02
Markovdan sensasiya: Tramp Bakıya gəlir? - "Bu məkan həqiqətən də..."
Bu gün, 11:58
Paşinyan anonsunu verdi – Əliyevin şərti yerinə yetirilir
Bu gün, 11:54
Əziz Orucovun işinə bu hakim baxacaq - AÇIQLAMA
Bu gün, 11:53
TEYMUR MUSAYEV HƏBSİN BİR ADDIMLIĞINDA - Gecəni nazirlikdə keçirdi, heç kəs telefonlarına cavab vermir
Bu gün, 11:50
Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi 19,4 milyon manata başa gələcək
Bu gün, 11:46
Maaş tələb edənlər işdən çıxarılmaqla hədələnir... - NARAZILIQ VAR...
Bu gün, 11:32
Bakıda oturub Kanada banklarını soyanlar... - TƏFƏRRÜAT
Bu gün, 11:30
Ukrayna Moskvanı vura biləcək raket üzərində çalışır - "The Economist"
Bu gün, 11:24
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru