DİA.AZ: - Getdikcə populyarlaşan vizajıst Aygün Ayxanlı Yeni il ab - havalı ilə əlaqədar fərqli üslubda fotosessiya etdirib.
DİA.AZ xəbər verir ki, Aygünün modelləri belə kölgədə qoyan cazibədar şəkillərini təqdim edir. Ayün Ayxanlı budəfəki fotosessiyasında Qar qız obrazındadır. Aygün 2018-ci ilə olan planlarından danışıb:
"Özümə və istedadıma çox güvənirəm. Bu sənətdə özümü tapmışam. İnanıram ki, oxucularınızdan yaradıcılığımla bağlı müsbət qiymət alacağam. "Yeni il ab - havalı" adlı layihə yeni ilə aid fotosessiyaya çəkilib. Qarşıma məqsəd qoymuşam ki, 2018-ci ildə biri-birinin ardınca yeni layihələr təqdim edim. Bu sənətdə qətiyyən fasilə vermək olmaz".