Əsas Səhifə > Siyasət > DEPUTAT BORCUNU ÖDƏMƏK İSTƏMİR
DEPUTAT BORCUNU ÖDƏMƏK İSTƏMİR13-09-2011, 17:12 |
ÖZÜNƏ HOVUZ TİKDİRƏN MİLLƏT VƏKİLİNDƏN MƏTBUATA ŞİKAYƏT EDİLƏCƏK DİA:AZ - Redaksiyamıza millət vəkillərindən biri ilə bağlı şok məlumat daxil olub. Və bu xəbərlərdən aydın olur ki, son günlərin böhranlı vəziyyəti hətta deputatların da büdcəsinə təsir göstərib. «Dünya» İnformasiya Agentliyinə (diaaz.space) bu barədə bilgini verən mötəbər qaynağın sözlərinə görə, deputatlardan biri bu günlərdə özünün həyətyanı sahəsində hovuz quraşdırtdırıb: «İşi yerli şirkətlərdən biri icra edib və işin dəyəri 3400 manat olub». Mənbənin sözlərinə görə, iş qurtarandan sonra millət vəkili hissə-hissə yalnız 1900 manat pulu ödəyib: «Yerdə qalan 1500 manatı isə günü bu gün də ödəməyib. Hətta deputata bu barədə dəfələrlə müraciət edilsə də, o, ödəmədən yayınır. Gah xaricdə olduğunu bildirir, gah da xaricdən qonaqlarının olduğunu». Artıq işi icra edən şirkətin mətbuata açıqlama verməyə hazırlaşdığını bildirən mənbə söylədi ki, bundan sonra həmin deputat biabır olacaq: «Çünki onun yetərincə imkanı var. Amma buna baxmayaraq 1500 manatın ödənilməsini yubadır». Bildirək ki, həmin millət vəkili ilə bağlı redaksiyamızda tam olaraq məlumat var və onun kimliyini yalnız etika xətrinə açıqlamırıq. Geri qayıt |