Əsas Səhifə > Siyasət, Manşet > Azərbaycan ordusu Ermənistanı soyuq qış aylarında necə «hərarətləndirə bilər»

Azərbaycan ordusu Ermənistanı soyuq qış aylarında necə «hərarətləndirə bilər»


3-11-2014, 11:11
Azərbaycan ordusu Ermənistanı soyuq qış aylarında necə «hərarətləndirə bilər»
DİA.AZ: - Qarşıdan gələn qışın soyuqluğunu indidən hiss etməkdəyik. Havalar kəskin dərəcədə sərt qışı anons etməkdədir. Bu qış isə Azərbaycan üçün təkcə soyuq günləri ilə xarakterik olmaya bilər. Həm də bir savaşın astanasındayıq ki, bu barədə DİA.AZ-a mötəbər mənbələrdən çox sensassion məlumatlar daxil olub.

Hökumətdəki bilgili qayağın diaaz.space-a söylədiklərindən belə aydın olur ki, Parsi görüşündən sonra Fransa mətbuatı Azərbaycanla Ermənistan prezidentləri arasında bir səmimiyyət körpüünün yarandığını qabartmağa çalışsalar da, əslində danışıqlar zamanı yaranmış real atmosferi ört-basdır etmiş oldular.

Mənbənin diaaz.space-a bildirdikləri: «Prezident İlham Əliyev danışıqlar prosesinin son mərhələlərində bütün vasitəçiləri, habelə düşmən Ermənistanı ciddi şəkildə uyarmaqdadır. Prezidentimiz müharibənin günü gündən qaçılmaz şərtə çevrildiyini net şəkildə ifadə edib. Yəni bu da Azərbaycanın öz torpaqlarını güc yolu ilə azad etməsinin zərurətə çevrildiyi qənaətini daha da möhkəmləndirir».

Mənbənin sözlərinə görə, rəsmi Bakının israrlı savaş açıqlamaları heç də əsassız deyil: «Azərbaycanın bu tövrləri Kreml tərəfindən nəinki ciddi şəkildə təqib olunur, demək olar ki, həm də dəstəklənir. Artıq Rusiya rəsmi Bakı ilə münasibətlərini köklü şəkildə həll edə bilməsi üçün bütün vasitələrə əl atmıq niyyətini gizlətmir. Bu müstəvidə isə ən həlleidici olanı Azərbaycanın Qarabağ probleminə Rusiyanın ənənəvi yanaşmasının dəyişdirilməsidir».

Xatırladaq ki, keçən günlərdə də Paris görüşü ilə bağlı bir sıra məqamları açıqlamışdıq və aydın olurdu ki, artıq Avropanın maraqlarını təmsil edən Fransa üçün də Azərbaycanın mövqeyindəki kəsərin səmimiyyəti şübhə doğurmur. Bunu xatırladan mənbə maraqlı bir faktı da açıqladı: «Azərbaycan üçün gözəl situasiya yaranıb. Biz Qarabağı Qərbin Sovetlər Birliyi dağıldıqdan sonra ilk dəfə keçmiş postsovet məkanına, habelə Cənubi Qafqaza nüfuz etməsi zamanı itirdik. İndi yenə də Qərblə Rusiya Cənubi Qafqaz uğrunda savaşa tədarük görürlər. Və bu da Azərbaycana Qarabağı azad etmə fürsəti tanıyır. Çünki Bakı ilə dost olmayanın Cənubi Qafqaza nüfuz etməsi imkansızdır. Bakının könlünün alınması isə çox sadədir: Qarabağın erməni işğalından azadlığı»…

Mənbə diaaz.space-a açıqlamasında qış aylarında müharibə ehtimalının yüksək olduğunu da açıqladı: «Hələlik rəsmi Bakı əslində, tükənmiş hesab olunan diplomatik vasitələrin hər birindən son dəfə yararlanmaq siyasətini yürüdür. Amma diplomatiya susanda, silahlar dilə gəlir. Bu prosesin ömrü isə çox qısa ola bilər. Hətta qarşıdan gələn qışa qədər»…

Geri qayıt