Əsas Səhifə > Siyasət, Manşet > İcra başçılarının növbəti ələmə prosesində kimlər vəzifəlirini itirəcək
İcra başçılarının növbəti ələmə prosesində kimlər vəzifəlirini itirəcək9-10-2014, 10:13 |
DİA.AZ: - Məlum olduğu kimi, dünən artıq icra başçıları ilə bağlı növbəti ələmə prosesinə start verildi. İlkin olaraq xəbərini verdiyimiz kimi, Şəmkirin icra başçısı Nazim Veysov görəvdən alındı. Davamı olacaqmı? Bu barədə DİA.AZ-a danışan hökumətdəki mötəbər mənbə bildirir ki, ilkin olaraq daha 4 icra başçısının vəzifəsindən alınması planlaşdırılır: «Proses bu ilin sonlarına kimi davam edəcək və ikinci dalğa fevral ayında olacaq. Bununla da qarşıdan gələn parlament seçkilərinə yeni icra başçıları ilə gediləcək. Əksər rayonlarda, təxminən 30-a yaxın rayonda icra başçısı dəyişikliyi gözlənilir. Hakimiyyət bununla yeniləndiyini, yerində saymadığını nümayiş etdirəcək. Hətta rayonlardan birinə daha gənc kadrın təyin olunması da gözləniləndir. Eyni zamanda bir qadının da icra başçısı olacağı gözlənilir». Mənbə diaaz.space-a açıqlamasında onu da əlavə edib ki, Bakının 5 rayonunun icra başçısı da bu ələmə prosesində görəvdən alınacaq: «Sabunçu, Nəsimi, Xəzər, Xətai və Yasamal rayon icra başçılarının «vurulması» nəzərdə tutulub». Geri qayıt |