Əsas Səhifə > Siyasət, Manşet > Azərbaycandakı İran yandaşlarına Tehrandan yeni aksiya ilə bağlı ismarıc gəlib
Azərbaycandakı İran yandaşlarına Tehrandan yeni aksiya ilə bağlı ismarıc gəlib29-09-2014, 09:26 |
DİA.AZ: - Son günlər Fars-molla rejiminin nəzarəti altında olan Azərbaycanın bəzi media quruluşlarında bir mövzu xüsusi olaraq qabardılır: HİCAB MƏSƏLƏSİ… Belə ki, yeni dərs ili başlayar-başlamaz bəzi orta və ali məktəblərdə hicablı tələbə və şagirdlərə qarşı həmin təhsil müəssisələrinin daxili qanunların tələbinə uyğun reaksiyaların verilməsi qeyd olunan media tərəfindən məqsədli şəkildə şişirdilir və gündəmdə tutulur ki, bunun da səbəbsiz olmadığı aydın olub. DİA.AZ-a verilən məlumata görə, rəsmi Bakı ilə müəyyən müstəvidə anlaşan İran hökuməti hələ də ənənəvi mahiyyətinə uyğun olaraq Azərbaycanda vəziyyətin qarışdırılmasında maraqlı tərəf kimi çıxış edir. Mənbənin söylədikləri: «Diqqət yetirin. Son zamanlar məhbəsdə saxlanılan islamçıların məsələsi də qabardılır. Sanki onlar bir neçə ildir yox, bu gün həbs olunublar. Bəzi orta məktəb direktorlarının hicabla 1-ci sinfə gələn şagirdə irad tutmasını isə siyasiləşdirərək az qala ölkənin bir nömrəli problemi kimi təqdim edirlər». Mənbə diaaz.space-a açıqlamasında iddia edir ki, İrandan Azərbaycandakı fars-molla rejimi yandaşlarına yeni etiraz aksiyasının keçirilməsilə bağlı təlimat gəlib: «Onlar hicabla bağlı yeni aksiya keçirəcək. Bu barədə Tehrandakı ağalarından ismarıc alıblar». Geri qayıt |