Əsas Səhifə > Siyasət, Manşet > Qərbin Azərbaycandan imtina etmək kimi əlahiddə bir lüksü mövcud deyil
Qərbin Azərbaycandan imtina etmək kimi əlahiddə bir lüksü mövcud deyil20-09-2014, 12:45 |
DİA.AZ: - «Rusiya ilə münasibətləri gərilən Qərb üçün ümidlə baxılası ünvanlardan biri Azərbaycan idi. Amma buna baxmayaraq Qərb dairələri rəsmi Bakını bacardıqca Rusiyaya doğru sıxırlar. Bu isə Qərbə yaxşı nəsə vəd etmir. Hər halda, Qərb özünün sanksiya yağışı ilə özünü də təcrid durumuna düşə bilər. Azərbaycanla anoloji hədə dilində danışıq Qərbə daha çox zərər vuracaq». Bu ilginc açıqlamanın müəllifi olan hökumət içindəki mötəbər mənbə DİA.AZ-a açıqlamasında maraqlı məqamlara da toxunub: «Avropa Parlamentinin məlum qətnaməsindəki sanksiyalar anonsu hədədən başqa bir şey deyil. Azərbaycana qarşı belə bir addım atılmayacaq. O zaman Rusiya ilə münasibətləri pozulan Avropanın ikinci enerji nəfəsi olan və həm də enerji tranziti mövzusunda mühüm məntəqə hesab olunan Azərbaycan da Qərbin nəfəsliyini bağlayar. Bu Qərb üçün iflasdır. Hətta Avropanın İrana jestləri belə bu halda Qərbin qurtuluşu olmayacaq». Mənbəmiz diaaz.space-a açıqlamasında iddia edir ki, Avropa Parlamentinin məlum qətnaməsinə rəsmi Bakının eyni tonda cavab verməsi də məhz bu məqamlara söykənən haldır: «Bakıda yaxşı bilirlər ki, Avropa Birliyi və Amerika Birləşmiş Ştatlarının regionda və dünyada oynadığı oyunun bu mərhələsində Azərbaycan heç bir halda hədəfə çevrilə bilməz. Əksinə illər ərzində Qarabağ probleminin daha da düyünlənmiş şəklə salınması Azərbaycanın sülh üçün vasitəçilik missiyasını üzərinə götürmüş beynəlxalq təşkilatların üzərinə inamla yeriməsinə şərait yaradıb. Bu gün Azərbaycan hesabat verən tərəf yox, hesabat tələb edən tərəfdir. Qərbin yeganə arqumenti Azərbaycanın daxilindəki demokratikləşmə şəraiti ilə bağlıdırsa, rəsmi Bakının hücum arsenalını daha ciddi arqumentlər təşkil edir. Elə buna görə də məlum qətnamənin yalnız bu şəkildə dəyərləndirmək olar: Qərb rəsmi Bakıya gözdağı vermək istədi… amma alınmadı»… Geri qayıt |