Əsas Səhifə > Siyasət / Manşet > Allahşükür Paşazadə yaxın qohumlarının güdazına gedə bilər
Allahşükür Paşazadə yaxın qohumlarının güdazına gedə bilər8-09-2014, 10:27 |
![]() DİA.AZ: - В«Son zamanlar iqtidar daxilində mövqeləri ciddi şəkildə sarsılan bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə əslində yaxın qohumlarının güdazına gedibВ». Bu barədə DİA.AZ-a danışan məlumatlı mənbə bildirir ki, şeyxin deputat qudası Hacı Qalibin bu günlərdə bir icra nümayəndəsini topa tutması, В«Bilgəhdə qarabağlı icra nümayəndəsi ola bilməzВ» deyərək regionçuluq simtomlarını yenidən qabartmağa cəhd etməsi В«yuxarılardaВ» böyük rezonans yaradıb. Mənbə bildirir ki, bu olaya dərhal reaksiya verilib və Şeyxə qudası ilə bağlı xəbərdarlıq edilib. Mənbənin diaaz.space-a söylədikləri: В«Prezident İlham Əliyev iqtidara gəldikdən sonra ilk işi məhz regionçuluq mərəzinə son qoymaq oldu. Bu bir faktdır, kimsə bunu dana bilməz. Azərbaycada artıq hansısa regionun əlahiddəliyi mövcud deyil. Kiməsə yerinə görə münasibət bəslənilmir. Belə bir şəraitdə Şeyxin qudasının əslində öz biznes maraqlarının ifadəsi zamanı yol verdiyi böyük yanlışlıq hakimiyyətin ümumi maraqları ilə daban-dabana zidd olduğundan bəlkə də haqlı olan Hacı Qalibə В«geri durВ» əmri verildiВ». Mənbəmiz iddia edir ki, bu olay təkcə deputatı yox, Şeyxin özünü də hədəfə gətirdi: В«Onsuz da Şeyxə qarşı müxtəlif ünvanlardan davamlı hücumlar təşkil edilir. Deməli, ona qarşı ciddi cəbhələşmə var. Belə bir şəraitdə qudasının da Şeyxə qarşı gedən qüvvələrə В«pas ötürməsiВ» QMİ rəhbərini çətin duruma salıbВ». Məlumatlara görə, Hacı Qalib olayından sonra Şeyx üzdə olan digər yaxınlarına da ayaqlarını dənc atmaları barədə tapşırıq verib. Geri qayıt |