Əsas Səhifə > Siyasət, Manşet > Mikayıl Cabbarov onun işinə müdaxilə edən Elmar Vəliyevə son zərbəsini hazırlayır

Mikayıl Cabbarov onun işinə müdaxilə edən Elmar Vəliyevə son zərbəsini hazırlayır


3-09-2014, 11:06
Mikayıl Cabbarov onun işinə müdaxilə edən Elmar Vəliyevə son zərbəsini hazırlayır
DİA.AZ: - Məlumdur ki, neçə vaxtdır Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevlə təhsil naziri Mikayıl Cabbarov arasında ciddi bir ədavət var. Vəziyət o həddə qədər gərginləşib ki, hətta tərəflər bir-birilərinə qarşı kompramatlar belə toplamağa girişiblər.

Məsələn, aydın olurdu ki, təhsil nazirinin birbaşa göstərişi əsasında Mikayıl Cabbarovun bölgədəki adamı Gəncənin orta məktəb direktorlarından Elmar Vəliyevə qarşı «izahat» almağa başlamışdı. Həmin «izahat»larda göstərilirdi ki, Elmar Vəliyev məktəb direktorlarından aylıq haqq tələb etdiyindən, onlar fəaliyyətlərini normal qura bilmirlər.

Buna alternativ olaraq isə Elmar Vəliyev də Gəncədən Mikayıl Cabbarovun əleyhinə silsilə şikayətlər, materiallar yollatdıraraq ölkə mediasının gündəmini məşğul etdi.

Hələlik tərəflərin atəşkəs içində olduğu söylənilsə də, Mikayıl Cabbarovun Elmar Vəliyevə qarşı açıq hücuma keçəcəyi gözlənilir. Bu barədə DİA.AZ-a hökumətdəki mötəbər mənbələr informasiya verib.

Xəbəri verən qaynaq iddia edir ki, Mikayıl Cabbarov Elmar Vəliyevin təhsilə müdaxiləsini sübutlayan çox ciddi dəlilləri toplayaraq konkret ünvanlara çatdırıb. Mənbənin diaaz.space-a söylədikləri: «Amma iş bununla da bitmir. Mikayıl Cabbarov təhsil naziri olaraq yeni dərs ilinin açılışı zamanı Azərbaycanda təhsil sistemini axsadan məqamlarla bağlı geniş məlumat açıqlayacaq ki, həmin materialda Elmar Vəliyev xüsusi müddəalarla «vurulacaq»».

Onu da bildirək ki, icra başçısı ilə nazirin arasındakı ədavət Gəncə təhsilində kadr siyasətinin müəyyənləşməsi və digər bu kimi səbəblər şəraitində ortaya çıxıb.

Geri qayıt