Əsas Səhifə > Siyasət, Manşet > Qarabağdakı gərginləşmə daha çevik XİN başçısına ehtiyac yaradır

Qarabağdakı gərginləşmə daha çevik XİN başçısına ehtiyac yaradır


16-08-2014, 11:42
Qarabağdakı gərginləşmə daha çevik XİN başçısına ehtiyac yaradır
DİA.AZ: - Məlum olduğu kimi, hakimiyyətin total kadr islahatlarına bu ilin sonlarından start verəcəyilə bağlı oturuşmuş qənaət mövcuddur. Bu barədə DİA.AZ-a maraqlı informasiyalar daxil olub. Xəbərdən anlaşılır ki, qeyd olunan tarixdə iki nazirin yola salınması artıq qətiləşib.

İqtidar düşərgəsinə aid çox məlumatlı qaynaq diaaz.space-a açıqlamasında iddia edir ki, bu ilinsonlarında Elmar Məmmədyarov istefaya göndəriləcək və onun yerinə xaici işlər naziri postuna hal-hazırda Azərbaycanı Avstriyada səfir kimi təmsil edən Qalib İsrfailov təyin ediləcək. Bu xəbərə keçməzdən öncə Qalib İsrafilovla bağlı müəyyən bilgiləri diqqətinizə çatdıraq.

Bildirək ki, Azərbaycan Prezidenti İlham Əliyev Qalib Malik oğlu İsrafilovun Azərbaycanın Avstriyada fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncamı 2011-ci ilin 5 iyul tarixində imzalayıb.

Onu da bildirək ki, bir müddət əvvəl, daha dəqiqi, həmin ilin may ayının 26-da Qalib Malik oğlu İsrafilova yenə də prezidentin sərəncamı ilə fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilməsi barədə sərəncam imzalanmışdı və o, prezident İlham Əliyevin digər sərəncamı ilə Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatının Vyana səhərindəki bölməsində, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Birləşmiş Millətlərin Sənaye İnkişafı Təşkilatı, Nüvə Enerjisi üzrə Beynəlxalq Agentliyi və Nüvə Sınaqlarının Tamamilə Qadağan Olunması üzrə Müqavilə Təşkilatı yanında daimi nümayəndəsi təyin edilmişdi.

DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, Qalib İsrfailovun bu cür vəzifə yüksəlişi təsadüfi deyilmiş: «İndi artıq onun nazir postuna təyinolunmasına tədarük gedir». Mənbəmiz onu da bildirdi ki, Elmar Məmmədyarov əslində hakimiyyətin işinə yarayan bir kadrdır: «Amma o, artıq yeni, dəyişən şərtlərə cavab vermir. Digər yandan Qarabağ cəbhəsindəki fəallaşma daha çevik XİN başçısına ehtiyac yaradır».

Mənbəmiz onu da vurğuladı ki, Natiq Əliyevin yerinə yeni energetika naziri təyin olunması ilə bağlı müəyyən tədarüklər var: «Həmin kadrın kimliyi hələlik açıqlanmır».


Geri qayıt