Əsas Səhifə > Siyasət / Manşet > 160 saylı marşrutun ÖZ QRAFİKİ VAR: İstədiyi vaxt...

160 saylı marşrutun ÖZ QRAFİKİ VAR: İstədiyi vaxt...


Bu gün, 09:19

Binə qəsəbəsində yaşan Fuad Abdullayevin sözlərinə görə, 160 saylı marşrut xətti axşam saat 9-dan sonra ya çox gec gəlir, ya da ümumiyyətlə xidmət göstərmir. "DİA-AZ"ın xəbərinə görə narazı vətəndaş şikayətində qeyd edir ki, axşam saatlarında işdən yorğun qayıdan vətəndaşlar çarəsizlikdən taksidən istifadə etməli olur: "Bu isə onların büdcəsinə uyğun olmadığı üçün vəziyyətdən təngə gəliblər..."

Fuad Abdullayev deyir ki, bununla bağlı dəfələrlə sürücülərə iradlarını bildirib, gecikmənin səbəbini soruşublar. Sürücülər isə sərnişinlərə gün ərzində çox işlədikləri üçün yorğun olduqlarını əsas gətirib və elə bu səbəbdın də qeyri - qanuni olaraq - iş saatı bitmədən fəaliyyətlərini dayandırdıqlarını deyiblər.

Şikayətçi aidiyyatı qurumlara müriacət edərək, özbaşına sürücülər və onların rəhbərləri haqqında tədbir görülməsini, bu problemin həll olunmasını xahiş edirlər...


Geri qayıt