Əsas Səhifə > Siyasət / Manşet > “Baku Medical Plaza”nın həkimi Günel Məmmədlidən ŞİKAYƏT

“Baku Medical Plaza”nın həkimi Günel Məmmədlidən ŞİKAYƏT


Dünən, 16:50

“DrGünelMammadli” adı ilə tanınan həkim otoplastika əməliyyatından sonra pasiyent fəsadlarla üzləşdi !

XALQ məlumat verir ki, sosial şəbəkələrdə “DrGünelMammadli” adı ilə tanınan və hazırda “Baku Medical Plaza”da fəaliyyət göstərən otoplastika həkimi Günel Məmmədli ilə bağlı ciddi iddialar gündəmə gəlib. Özünü zərərçəkmiş kimi təqdim edən Nərminə Həsənova bildirib ki, bir il əvvəl keçirdiyi qulaq estetikası (otoplastika) əməliyyatından sonra səhhətində ağır fəsadlar yaranıb.

media-001
Nərminə Həsənovanın sözlərinə görə, o, Günel Məmmədliyə müraciət edərək 2500 manat qarşılığında əməliyyat olunub. Əməliyyatdan qısa müddət sonra qulağından iltihablı axıntılar və şişkinliklər müşahidə olunub. Zərərçəkmiş iddia edir ki, vəziyyətini izah etmək üçün yenidən həkimin yanına müraciət etdikdə, Günel Məmmədli məsuliyyətdən yayınıb və “get hara istəyirsən şikayət et, mən heç kimdən çəkinmirəm” cavabını verib.

Məsələ ilə bağlı Günel Məmmədlinin tibbi fəaliyyət göstərmək üçün tələb olunan rəsmi diplom, icazə və sertifikatlarının olub-olmaması hələ ki, dəqiqləşdirilməyib. İctimaiyyətin narahatlığına səbəb olan bu iddialar, xüsusilə də sağlamlıqla birbaşa bağlı olan tibbi müdaxilələr fonunda, araşdırılmağa ehtiyac duyur.


Geri qayıt