Əsas Səhifə > Siyasət, Manşet > Bakıda nurçulara məxsus olan obyektlərin siyahısı tutulur
Bakıda nurçulara məxsus olan obyektlərin siyahısı tutulur8-05-2014, 10:40 |
DİA.AZ: - Ərdoğanın Azərbaycana səfərinin ardından nurçulara qarşı hərəkətə keçən rəsmi Bakı təkcə Fətullah Gülən cameəsi ilə əlaqədə olan məmurlara qarşı addımları ilə deyil, həm də nurçu təriqəti ilə bağlı hüquqi tədbirlərin görülməsilə də diqqətəgəlmiş oldu. Artıq 3 bölgədə nurçularla bağlı polis tərəfindən əməliyyat keçirilib. Bununla bağlə DİA.AZ-a daxil olan son informasiyalardan aydın olur ki, bu günlərdə nurçularla bağlı daha bir tədbirə əl atılacaq. Bu dəfə isə Gülən camaatı mənsublarının Bakıdakı iaşə obyektləri hədəfdədir. Xəbəri diaaz.space-a ötürən qaynaq bildirir ki, hazırda konkret olaraq paytaxt Bakı ərazisində fəaliyyətdə olan nurçulara aid kafe və restoranların, habelə şirniyyat istehsalçılarının siyahısı tutulur: «Bu siyahının tərtib olunmasında həm vergilər nazirliyinin və həm də Bakı şəhər icra hakimiyyətinin nümayəndələri iştirak edir. Artıq hansı ünvanda nurçulara aid hansı obyekt fəaliyyət göstərirsə, bununla bağlı dolğun bilgilər toplanılır». Gələn məlumata görə, siyahının tərtib olunmasında başlıca məqsəd onların əksəriyətinin fəaliyyətinin qadağan edilməsidir. Mövzu ilə bağlı əlavə bilgiləri diqqətinizə təqdim edəcəyik. Bizi izləyin… Geri qayıt |