Əsas Səhifə > Siyasət / Manşet > "İşçilər buna niyə nəzarət etmir?!"
"İşçilər buna niyə nəzarət etmir?!"Bu gün, 08:17 |
"Şikayətim LC Waikiki Gənclik Mall filialındandır. 2 gün əvvəl köynək seçdim. Üzərində də endirim qeyd olunmuşdu. Endirimli qiymət 19.99 azn yazılmışdı. Kassada məndən bu məhsula 35.99 azn tələb etdilər. Endirimli məhsul olduğunu və bu endirimin də məhsulun üzərində qeyd edildiyini bildirdim. Dedilər uşaq yapışdırıb yəqin..." "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Elvin Qənbərov adlı istifadəçi giley edir.
Narazı vətəndaş daha sonra bunları əlavə edir: "Bura uşaq baxçası deyil və o qiyməti qopardacaq ağılda olan uşaq hansısa qiyməti dəqiqliklə götürüb digər məhsulun üzərinə yapışdırması absurtdur. Belə olmuş olsa belə, işçilər buna niyə nəzarət etmir?!
Sonra mağaza meneceri yaxınlaşdı və kobud şəkildə qeyd etdi ki, "işçinin səhvidir də. Gərək indi bunun pulunu mən işçidən tutam". Mağaza menecerinin vəzifəsi nədir LC Waikiki mağazalar şəbəkəsində? Mən səhv düşünürəm ki, o menecer də işçinin işinə nəzarət etməlidir, səhvi varsa düzəliş etməlidir? "Menecer" yoldaş məndən köynəyi alıb, üzərindəki endirimli qiyməti də qopardıb cırdı və bükdü ki, ələ gələsi olmasın. Köynəyi də mənə qaytarmır ki, sizə köməklik etməyə çalışıram. Bu adam mənə hansı köməkliyi edirdi anlamadım. Mən yenə də köynəyi seçib bəyəndiyim üçün 35.99 azn ödəyib aldım həmin köynəyi.
İnsanları aldatmaq üsullarından biridir bu. Kim ki, baxır, fərqinə varır, ya qaytarır, ya da bilir ki, aldadılır bir də ora getmir. Kim ki, baxmır elə bilir elə endirim var, şərəfsizlərin tələsinə düşür çıxıb gedir..."
Geri qayıt |