Əsas Səhifə > Siyasət, Manşet > Elşad Abdullayev Azərbaycandan gedərkən nə qədər pul apara bilib?

Elşad Abdullayev Azərbaycandan gedərkən nə qədər pul apara bilib?


6-05-2014, 09:34
Elşad Abdullayev Azərbaycandan gedərkən nə qədər pul apara bilib?
DİA.AZ: - Məlum olduğu kimi, keçmiş millət vəkili Gülər Əhmədova dünən şərti olaraq azadlığa buraxılıb. Hər halda, belə bir qərarın verilməsi fəaliyyəti dayandırılmış ABU-nun sabiq rektoru Elşad Abdullayev tərəfindən başladılan bir prosesdə mühüm açar rolunu oynamaqdadır. Yəni Gülər Əhmədovanın azadlığı proseslərin fərqli bir məcraya yönəldiyini sübutlayan vacib məqamdır.

Əslində bu, gözlənilən idi də. Çünki artıq Elşad Abdullayev nələrisə hansısa formada dəyişəcək bir mövqedə deyil. Son prezident seçkiləri ərəfəsində keçmiş rektorun ortaya siyasi mövqe qoyması, habelə iqtidardaxili çəkişmə müstəvisindən çıxaraq ümumiqtidar maraqlarına qarşı səngərdə yer alması bir çox məsələləri çoxdan müəyyən etmişdi. Sadəcə olaraq gərəkən an lazım idi ki, Gülər Əhmədova azadlığa çıxsın. Eyni zamanda bu gün Elşad Abdullayevin iddiası ilə həbsə atılan digərləri üçün də azadlıq yolu görünməkdədir.

Bu barədə DİA.AZ-ı bilgiləndirən mötəbər mənbənin iddialarına görə, Elşad Abdullayevin barəsində orqan mafiyası işi ilə bağlı beynəlxalq axtarışın elan olunması yetərli olmaya bilər: «Keçmiş rektora qarşı yeni ittihamlar səslənəcək. Çünki ortada kifayət qədər ciddi dəlillər var. Elşad Abdullayevdən bu gün 2 mindən artıq vətəndaş şikayətçidir. Onların işini hüquq-mühafizə orqanları araşdırır və ortada çox böyük məbləğdə pulların yeyilməsini sübutlayan faktlar var».

Məlumatlı mənbə bu arada diaaz.space-a maraqlı bir faktı da açıqladı: «Elşad Abdullayevin bu gün hansı sərvətə malik olması barədə müxtəlif fikirlər yürüdülür. Məsələn, bir rəqəm ortada var ki, bu da həmin «araşdırmaçıların» işinə yaraya bilər. Elşad Abdullayevin təkcə qanunsuz tələbə qəbulu prosesindən bağlanmasına qədər son 10 il ərzində 400 milyon manatdan çox pul toplayıb. Bu təkcə qəbul prosesindəndir. Eyni zamanda BDU-nun fəaliyyəti dövründə onun qədərində rüşvət yığılıb. Yəni bu gün Elşad Abdullayevin sərvəti bir milyarddan az deyil».

Mənbəmiz bildirir ki, hazırda xaricdə milyardlarını xırıd edən keçmiş rektorun Azərbaycana qaytarılıb-qaytarılmaması məsələsinə də yaxın günlərdə aydınlıq gətiriləcək.

Geri qayıt