Əsas Səhifə > Siyasət, Manşet > "Budurmu SOCAR İTRİ-də şəffaflıq, dəqiqlilik prinsipi?"
"Budurmu SOCAR İTRİ-də şəffaflıq, dəqiqlilik prinsipi?"19-03-2024, 09:25 |
"Mən Nadirov Vüsal 2023-cü ildə sizə SOCAR-ın İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin mənə qarşı apardıqları qərəzli, haqqsız hərəkətlərindən yazmışdım. Çox sağ olun ki, bunu işıqlandırdınız". diaaz.space bildirir ki, bunu öz gileyində ifadə edən narazı vətəndaş artıq intihar həddinndə olduğunu deyir. Onun müraciətini olduğu kimi təqdim edirik: "Guya bu şikayətimin nəticəsi kimi işlədiyim idarədə Baş Mühəndisin iştirakı ilə konfrans keçirildi həmin konfransda rəhbər işçilər (hansı ki onların bəziləri Baş Mühəndisin sifarişi və ona tapşırılan şəxslərdir) öz “tövhəhələrini” verdilər, bəziləri məni asıb kəsdilər. Səbəb də odur ki, mən Baş Mühəndis N.Məmmədovun qəbuluna girib ondan xahiş-minnət etməliydim, ona ağız açmalıydım. Bundan sonra N.Məmmədov bəzi rəhbər işçiləri otağına dəvət edib əleyhimə yerli-yersiz məlumatlar verilməsini istəyib, mənim haqqımda idarədə mənfi fikir yaratmağa çalışıb. Sağ olsun bəzi yoldaşlar... əksinə məni müdafiə edib haqqımda olmayan informasiya verməyib, bəziləri susub və ya vəzifələrindən, kreslolrından, aldıqları “peşəkarlığa” görə əleyhimə danışanda olub. Bəzi işçilər nahaq yerə şikayət etdiyimi, bəziləri mənim N.Məmmədova gücüm çatmayacağını dedilər. Heç kimi buna görə qınamıram. (Vəzifə-kreslo şirin şeydir axı) Budurmu İTRİ-nin Baş-Mühəndisinin siravi işçilərə qarşı mübarizə üsulu? Budurmu SOCAR ITRI-də şəffaflıq, dəqiqlilik prinsipi? Hamısı 1 utopiya və fantaziyadir. Elə bil İTRİ mafiya qanunları ilə işləyir. Mənə deyirlər vakansiyalar olanda müraciət edərsən. Amma özləri istədikləri adamı istədikləri yerə elə yerləşdirirlər ki səbəbini də soruşanda yüz cür don geyindirirlər. İTRİ-nin Kadrlar şöbəsinin rəisi xanım Nailə Cahangirova mənə deyir ki, guya mən rəhbər vəzifədə işləyə bilmərəm. Səbəbini soruşduqda doğru-dürüst cavab ala bilmədim. Halbuki, əvvəlki iş yerimdə 4 (dörd) podratçı şirkətin Supervayzeri olmuşam. Həm də ki mən bunlardan vəzifə istəmişəm axı... 11 ildir bu idarədə işləyirəm. Niyə İmtahan və ya müsahibə yolu ilə mən idarədaxili yerdəyişmə etməliyəm ki? Həm də müsahibəyə getsəm belə, orada mənə qarşı olacaqlar. 08.02.2024 cü ildə SOCAR-ın Vitse-Prezidenti xanım Ziba Mustafayevaya bu haqqda bir rəsmi məktub ünvanlamışam. 1 (bir) aydan çoxdur ki məktubuma cavab verən yoxdur. Ya Ziba xanım Mustafayeva İTRİ rəhbərliyi ilə bacarmır, ya da ki onların etdiklərinə göz yumur və ya siravi işçini adam yerinə qoymurlar. SOCAR-ın İTRİ idarəsi çalışır ki, ya mən bunların hərəkətlərindən bezib istefa ərizəmi yazım, ya da ki özümə iş vaxtında iş saatında işlədiyim İnformasiya Texnologiyalari Rabitə İdarəsində özümə İntihar edim.? ! Hansı ki, mənə başqa variant qoymayiblar ki qalsın. Çünki bunun səbəbkarları məni buna vadar edir. Və bu səbəbkarlar da bilinir kimdir!!! Məndən aşağı bilik səviyyəsi olan insanlari söbələrdə yerləşdirirlər mənsə yerimdə sayıram..." Geri qayıt |