Əsas Səhifə > Siyasət / Manşet > В«Bank of BakuВ»dakı həbslər Ziya Məmmədova sarı uzana bilərmi

В«Bank of BakuВ»dakı həbslər Ziya Məmmədova sarı uzana bilərmi


5-03-2014, 09:57
В«Bank of BakuВ»dakı həbslər Ziya Məmmədova sarı uzana bilərmi
DİA.AZ: - Hələ xeyli əvvəlindən məlumat verərək bildirmişdik ki, ölkənin bank sektoruna müdaxilə olunacaq və artıq 4 bankın - В«Bank of BakuВ», В«XalqBankВ», В«UniBankВ» və В«KapitalBankВ»ın başı üzərində qara buludlar görünməkdədir. Doğrudur, həmin bankların hamısının fəaliyyətinin birdəfəlik olaraq qadağan ediləcəyi gözlənilmir. Amma bu bankların filialları və mərkəzi ofisləri ciddi şəkildə təftiş olunacaq ki, belə bir tədarüklə bağlı indidən bəzi informasiyalar yayılıb.

Konkret olaraq isə В«Bank of BakuВ» və В«XalqBankВ»ın isə fəaliyyətinə qadağa qoyulacağı şübhəsizdir. Bu barədə DİA.AZ-ı bilgiləndirən mənbə iddia edir ki, dünən MTN-nin В«Bank of BakuВ»da əməliyyat keçirməsi, həbslər həyata keçirməsi təsadüfi deyil və bu həbslərin miqyası daha da genişlənə bilər.

Mənbənin söylədikləri: В«Bu bank İrandan ötürülən çirkli pulların əsas yuyulma ünvanı olmaqla yanaşı, həm də Azərbaycanda gizli İran xəfiyyəsinin mühüm maliyyə qaynağı kimi çıxış edirВ».

Qeyd edək ki, bu barədə hələ məşhur В«VikiLiksВ» sənədlərində də qeyd olunurdu. Bakıdan o zamanlar ABŞ Dövlət Departamentinə hesabat verən Amerikanın Azərbaycandakı sabiq səfiri xanım Enn Dörsinin məxfi qrifli sənədlərində bildirilirdi ki, В«NABВ» dış Ticaretin rəhbərləri olan Oromi qardaşları Azərbaycanda nəqliyyat naziri Ziya Məmmədovun himayəsi altında böyük şəbəkə qura biliblər.

Bu şəbəkəyə В«Bank of BakuВ», В«Royal Bank of BakuВ», В«XalqBankВ», В«Hyundai Auto AzerbaijanВ», В«Baku ElectronicsВ» və sairə qurumlar daxildir. Və bu bank və qurumların xətti ilə hər ay İrandan Azərbaycana ötürülən 5 milyon ABŞ dolları həcmində çirkli pul yuyulur.

Doğrudur, həmin ərəfədə bu faktlar o qədər də ciddiyə alınmadı. Çünki ortada hələ də vəzifə başında olan nəqliyyat naziri Ziya Məmmədov faktoru mövcuddur. Faktlar da sübutlayır ki, Ziya Məmmədov naməlum şəraitdə 8 magistral yolun podratını məhz В«iranlı iş adamlarınaВ» verib. Eyni zamanda onların əməkdaşlıqları - şübhəli əlaqələri ayrı-ayrı bank hesablarına külli miqdarda pul köçürmələrində də nəzərə çarpıb.

В«Bank of BakuВ»dakı həbslər Ziya Məmmədova sarı uzana bilərmi

Artıq hərəkətlənmənin başlandığı bir şəraitdə diaaz.space-a maraqlı informasiyalar da daxil olub. Xəbəri verən mötəbər mənbə iddia edir ki, В«Bank of BakuВ» ilə bağlı hələ də rəsmi qaynaqların dolğun bilgi verməməsi sırf olaraq В«yuxarılarınВ» В«dobroВ»sunna bağlı olan bir məsələdir: В«Əslində ortada böyük bir cinayət və xəyanət faktı var. Və bu fakt üzrə təkcə bank işçilərini yox, onları himayə edən onlarla məmuru belə həbsə yollamaq mümkündür. Hadisələrin inkişafı da məhz xeyir-duanın alınmasına bağlı olduğundan bu gün hətta həbs olunduğu xəbəri yayılan В«Bank of BakuВ»nun müşahidə şurasının sədri Elçin İsayev də В«mən həbs olunmamışamВ» şəklində açıqlamalar verə bilir. Amma vəziyyət kifayət qədər qəlizdirВ».

Bütün tərəflərin mövqeyini işıqlandırmağa hazırıq…

Geri qayıt