Əsas Səhifə > Siyasət, Manşet > Ağdam Mexaniki Suvarma İdarəsinin rəisi ÜSYANI KÖRÜKLƏYİR...

Ağdam Mexaniki Suvarma İdarəsinin rəisi ÜSYANI KÖRÜKLƏYİR...


13-09-2023, 08:55
Ağdam Mexaniki Suvarma İdarəsinin rəisi ÜSYANI KÖRÜKLƏYİR...
DİA.AZ: - "Mən bilməzdim ki, Ağdamda əjdaha peyda olub". DİA.AZ bildirir ki, bu barədə Ağdam Mexaniki Suvarma İdarəsinin rəhbərliyindən şikayətçi düşən sözügedən rayonun Çəmənli kəndinin sakini Mobil Quliyev şikayətində qeyd edir.

Narazı vətəndaş bildirir ki, dəfələrlə aidiyyatı qyurumlara şikayət etsə də, faydası olmayıb.

Mobil Quliyev bildirir ki, onların pay torpaq ərazisində istifadəyə verilmiş artezian quyusu istismar müddətini ötüb. O bununla bağlı Ağdam rayon mexaniki suvarma idarəsinin rəisinə müraciət etdikdə isə, rəis ona kabel və dəmir boru almasını və ondan sonra ona köməklik göstərilərək problemin aradan qaldırılacağı deyib, lakin problem dəyişməz olaraq qalıb.

Onun sözlərinə görə, İdarənin müdiri Hafiz Əzimzadəyə dəfələrlə müraciət etməsinə baxmayaraq onun əkin sahəsin susuzluqdan əziyyət çəkir.

DİA.AZ bildirir ki, vətəndaş ölkə başçısı İlham Əliyevə müraciət edərək baş vermiş özbaşınalığın arxadan qaldırılmasını və ona köməklik göstərilməsini xahiş edir.

Narazı vətəndaş bildirir ki, Dövlət Su Ehtiyatları Agentliyinin rəhbəri Zaur Mikayılova da müraciət edir: "Mən Zaur müəllimdən xahiş edirəm ki, Ağdam Mexaniki Suvarma İdarəsinin rəhbəri barədə ölçü götürülsün..."

İddia olunanlarla bağlı diaaz.space olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt