Əsas Səhifə > Siyasət, Manşet > Balababa Rzayevin bala-bala tender oyunları...
Balababa Rzayevin bala-bala tender oyunları...6-07-2023, 08:55 |
DİA.AZ: - “Azərenerji” ASC 6/10/35/110 kV-luq xətlərdə elektrik enerjisinin ötürülməsi, qəbul olunması, çevirilməsi və paylanılması üçün müxtəlif malların satın alınması ilə bağlı tenderə yekun vurub. DİA.AZ xəbər verir ki, tələblərə cavab verən, ən aşağı qiymət təklif edən “Smart Energy Solutions” QSC tenderin qalibi müəyyən olunub. Qalib gəlmiş təşkilatla müvafiq satınalma müqaviləsi imzalanıb. DİA.AZ-ın məlumatına görə, ilk dəfə deyil ki, başında Balababa Rzayevin dayandığı həşəmətli "Azenerji" milyonları “Smart Energy Solutions” QSC-yə ötürür. Təkcə elə keçən ilki faktlara nəzər salaq... “Smart Energy Services” MMC şirkəti 2022-ci ilin təkcə son 6 ayında Balababa müəllimin yedək "kantoru" olan «Azərişıq» ASC-dən 30 milyrn manata yaxın həcmdə tender sifarişi alıb. DİA.AZ xəbər verir ki, “Smart Energy Services” MMC-in tenderləri Şəmkir, Neftçala, Masallı, Kəlbəcər, Laçın v Ağdam rayonlarında elektrik enerjisi xətlərinin çəkilməsi, xətlərin yeniən qurulması və müxtəlif avadanlıqların qurulması ilə bağlı olub. “Smart Energy Services” MMC-in «Azərişıq» ASC-dən bu il ərzində qazandğı tenderlər aşağıdakılardır. Hər halda bu faktları gərəkən qurumlar araşdırarsa, ortaya yetərincə şübhələnəsi məqamlar çıxa bilər. Məsələ ilə bağlı diaaz.space olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq... Geri qayıt |