Əsas Səhifə > Siyasət, Manşet > Binəqədi sakinləri ÇARƏSİZ DURUMDA...
Binəqədi sakinləri ÇARƏSİZ DURUMDA...10-12-2022, 11:31 |
DİA.AZ: - "Görəsən, Binəqədi Rayon İcra Hakimiyyəti nə vaxta kimi camaata işgəncə verəcək?" DİA.AZ bildirir ki, bu barədə "Mənim Şikayətim Var" sosial qrupundakı paylaşımında Laçın Şahbazov adlı istifaadəçi giley edir. Daha sonra narazı vətəndaş yazır: "Mənim şikayətim, icra hakimiyyətindəndir. 2018-ci ildən, Allahverdiyev Elxan başçı olanan millətin qara günləri sözün əsl mənasında başlayıb. Yaylı-qışlı kanalizasiya daşır, küçələr olur Venesiya... Düz 182 nömrəli məktəbin önü göldü, üfunət iyindən gəzmək mümkün deyil, uşaqlar isə, məktəbdən çıxanda dizə qədər suda olurlar. "Çentraln" deyilən mərkəz, "dəlixana" kim hara istəyir sürür, nə bir yol işarəsi var, nə işıqfor, gündə birini maşın vurur. 133 nömrəli avtobusun son dayanacaqı camaatın qapısının önüdür. Gecə 12-yə kimi avtobusların səsindən, evdə oturmaq olmur. Yollar bərbad halda, su borusu, kanalizasiya borusu, hamısı açıq yolun içində. Bir çarə tapan olacaq görəsən, bu camaata?!" İddia olunanlarla bağlı diaaz.space olaraq qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |