Əsas Səhifə > Siyasət, Manşet > Naxçıvanda sahibkarın başına açılan oyunlar...
Naxçıvanda sahibkarın başına açılan oyunlar...28-11-2022, 09:45 |
DİA.AZ: - "Naxçıvanlı iş adamı Razi Orucovun sənədləri ilə tanış olduqca heyrətlənməyə bilmirəm. Sənədlərdən məlum olur ki, iş adamı əmlakının qanunsuz müsadirə edilməsi ilə bağlı Prezidentə şikayət məktubu göndərdikdən sonra Bakıdan təcili Naxçıvana çağırılır və 1 nömrəli terrorçu kimi aeroportda saxlanılaraq istintaq təcridxanasına aparılır". DİA.AZ bildirir ki, bunu paylaşımında tanınmış jurnalist Heydər Oğuz qeyd edir. Jurnalist daha sonra yazır: "22 gün orda yaxşıca əzişdirildikdən sonra 28 yanvar 2021-ci il tarixində Naxçıvan şəhər məhkəməsi tərəfindən haqqında 1 il müddətində icbari əmək cəzası kəsilir. Təsəvvür edirsinizmi, Naxçıvanda Prezidentə şikayət məktubu göndərməyin cəzası 1 il icbari əməkdir. Absurd sayılacaq hadisələr bununla da bitmir. Ən maraqlı hadisə ötən il noyabrda baş verir. Zira Zəfər bayramı münasibətilə Azərbaycan Milli Məclisi amnistiya verəndə Naxçıvan MR Ədliyyə Nazirliyinə çağırılan Razi Orucova bildirirlər ki, bəs Seymur Talıbov həzrətlərinin mərhəmət duyğusu cuşə gəlib və səni əfv etmək fikrinə düşüb. Sən də gərək bundan sonra özünü ağıllı aparasan və mərhəmətə gələn Seymur həzrətlərini bu humanst addımı atdığına görə peşman etməyəsən. Qısası, uzun minnət-sünnətdən sonra onun gözü qabağında amnistiya aktı yazıb adamı yola salırlar. Razi Orucov indiyədək elə bilir ki, bu amnistiyanı ona Milli Məclis yox, Seymur həzrətləri verib". Məsələ ilə bağlı diaaz.space olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq... Geri qayıt |