Əsas Səhifə > Siyasət, Manşet > Müştərilər də bu bankdan şikayətçidir...

Müştərilər də bu bankdan şikayətçidir...


13-10-2022, 09:00
Müştərilər də bu bankdan şikayətçidir...
DİA.AZ: - Bu vaxta qədər yerli KİV-də "Ziraat Bank Azərbaycan" ASC və onun rəhbərliyinə aid müxtəlif şəıxslərlə bağlı ilginc iddialar səslənib. Bu dəfə isə DİA.AZ olaraq diqqətinizə vətəndaş gileyini təqdim edirik.

Müştərilər də bu bankdan şikayətçidir...

"Şikayətim "Ziraat Bank Azərbaycan"dandır". DİA.AZ bildirir ki, bu barədə "Mənim Şikayətim Var" sosial qrupundakı paylaşımında Azər Şahbaz adlı istifadəçi giley edir.

Daha sonra narazı vətəndaş yazır: "Dəfələrlə *9229 qaynar xətlərinə zəng edib,uzun müddət gözləsəm də cavab verən operator olmur. Hədər yerə telefonun balansından pul çıxılır".

Narazı vətəndaş sözügedən bankla bağlı daha bir problemə də diqqət çəkib: "Bakomatlarında bir neçə dəfə ya pul olmayıb,ya da milli valyuta olmayıb deyə başqa bankomatdan pul çıxartmalı olmuşam və buna görə də əlavə rüsum tutulub".

İddia olunanlarla bağlı diaaz.space olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt