Əsas Səhifə > Siyasət, Manşet > Milyonluq tenderlərin qənimi olan «Conco» QSC yenidən EFİRDƏDİR...
Milyonluq tenderlərin qənimi olan «Conco» QSC yenidən EFİRDƏDİR...4-10-2022, 09:15 |
DİA.AZ: - Hələ keçən günlərdə məlumat verərək bildirmişdik ki, Azərbaycanda dövlət tenderlərindən böyük vəsaitlər əldə edən daha bir şirkət aşkar edilib. DİA.AZ xəbər verir ki, bu – «Conco» QSC-dir (VÖEN:1403054601). Sözügedən şirkət indiyə kimi iştirak etdiyi dövlət tenderlərində 50 milyon 598 min 694 manatlıq sifariş qazanıb. Şirkət bu sifarişləri cəmi 12 tenderlə əldə edib – bir tenderin orta qiyməti 4.2 milyon manat. «Conco» QSC-nin əsas «müştərisi» MİDA MMC olub. Şirkət 12 tenderdən 4-nü bu qurumdan udub – 33 milyon 474 min 680 manat. Bu isə ümumi tenderlərin 66 faizi deməkdir. DİA.AZ hələ iyun yına qədər olan "müştərilərini" təqdim edir: DİA.AZ bildirir ki, milyonluq tenderləri qənimi olan «Conco» QSC-nin daha bir "qurbanı" məlum olub. Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi Qubada DOST və Peşə Hazırlığı Mərkəzlərinin inşası və müxtəlif təchizat işləri ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub. DİA.AZ dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi “Conco” QSC-dir. Qalib şirkətə 11,968 milyon manat ödəniləcək. Diqqət yetirdinizsə, yenə də milyonlar, yenə də «Conco» QSC... İlham Şixseyidov DİA.AZ olaraq qeyd edək ki, «Conco» QSC ilə bağlı keçən günlərdə ilginc faktları təqdim etmişdik və bildirmişdik ki, araşdırmalarımız davam edir: DİA.AZ xatırladır ki, “Conco” MMC təşkilati-hüquqi forması dəyişərək iki il əvvəl QSC-yə çevrildiyini elan edib. Bildirək ki, “Conco” QSC ilk əvvəl MMC formasında Azərbaycan tikinti sektorunda 2015-ci ilin mart ayından öz fəaliyyətinə başlayıb. Şirkətin nizamnamə kapitalı 100 manatdır və qanuni təmsilçisi İlham Şixseyidovdur. “Conco” şirkətinin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun, ev 81A, m. 1/2/3 ünvanında fəaliyyət göstərir. Faktlarla bağlı diaaz.space olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq... Geri qayıt |