Əsas Səhifə > Siyasət, Manşet > Xaçmazın icra başçısı yenə də milyonları `Taleh-A.T.`yə verdi...
Xaçmazın icra başçısı yenə də milyonları `Taleh-A.T.`yə verdi...6-09-2022, 09:27 |
DİA.AZ: - Xaçmaz Rayon İcra Hakimiyyəti builki abadlıq işləri ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub. DİA.AZ dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "Taleh-A.T." Müəssisəsidir. Qalib şirkətə 1,228 milyon manat ödəniləcək. DİA.AZ bildirir ki, əslində "QALİB ŞİRKƏT" bizə və ən əsası Xaçmaz sakinlərinə çox tanışdır. Xaçmaz rayon rəhbərliyi üçün isə ümumiyyətlə, YAD BİRİSİ DEYİL. Elə bir müddət əvvəl, konkret olaraq, iyul ayında məlumat vermişdik ki, Xaçmaz Rayon İcra Hakimiyyəti Xaçmaz və Xudat şəhərlərində avtomobil yollarının əsaslı təmiri ilə bağlı elan etdiyi açıq tenderin qalibini açıqlayıb. Bəli, yanılmadınız, 1 077 755 manatlıq tenderin qalibi "Taleh-A.T." Müəssisəsi olmuşdu. Xatırladaq ki, "Taleh-A.T." Müəssisəsi bundan da əvvəl Quba Rayon İcra Hakimiyyəti Başçisinin Zərdabi Qəsəbə İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin uşaq bağçasında əsaslı təmir işləri üzrə 38 900 manatlıq tenderin qalibi olub. DİA.AZ bildirir ki, "Taleh-A.T." Müəssisəsi davamlı olaraq Xaçmaz RİH-in tenderlərində `QALİB` elan olunur. Halbuki bu qurumun adı dövlətin yanında heç də müsbət mənada hallanmır. Xatırladaq ki, təkcə elə iki əvvəl də Xaçmaz RİH "Taleh-A.T." Müəssisəsinə Xaçmaz şəhərinin daxili küçələrinin təmiri və yenidən qurulması işlərinin həyata keçirilməsi məqsədilə 953 054 manat ödəmişdi. Apardığımız araşdırmalar da təsdiqləyir ki, son iki il ərazində görülən işlərin ümumi dəyəri 200 min manatdan artıq deyil və bu da yeyinti faktını tam çılpaqlığı ilə təsdiqləyir. İndi isə Xaçmaz RİH eyni şirkətə 1 milyondan artıq yeni vəsaiti ayırır. Hər halda hüquq-mühafizə orqanları bu faktları araşdırsa, ortaya daha samballı faktlar çıxar. DİA.AZ onu da qeyd edir ki rəsmi qurumların yaydığı məlumata görə, "TALEH - A.T." müəssisəsi malların dəyərini azaltmaqla vergidən dəfələrlə yayınıb. Hər halda belə bir şirkətə dövlətin milyonlarının əmanət olunması ən azından şübhəlidir... Məsələ ilə əlaqədar diaaz.space olaraq bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq... Geri qayıt |