Əsas Səhifə > Siyasət, Manşet > Topalhəsən sakininə `Azəriqaz`dan TOPAL BƏHANƏ...
Topalhəsən sakininə `Azəriqaz`dan TOPAL BƏHANƏ...16-07-2022, 10:45 |
DİA.AZ: - Kürdəmir sakini yaşadığı evi qamışdan olduğu üçün evinə qaz çəkilmədiyini bildirir. DİA.AZ xəbər verir ki, bu barədə, Kürdəmirin Topalhəsən kənd sakini Vüsalə Səfərova şikayətində qeyd edir. Onun sözlərinə görə, yaşadığı ev qamışdan olduğuna üçün Kürdəmir rayon Qaz İstismar İdarəsi onun evinə qaz çəkməkdən imtina edib. Şikayətçi DİA.AZ-a bildirir ki, evinin qəzalı vəziyyəti ilə bağlı dəfələrlə rayonun İcra Hakimiyyətinə müraciət etsə də, cavabsız qalıb. Yəni anlaşılanı budur ki, Kürdəmirdə "kasıbsansa, ölməlisən..." prinsipi qüvvəsindədir... Daha ətraflı aşağıdakı videoda: İddia olunanlarla bağlı diaaz.space olaraq bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq... Geri qayıt |