Əsas Səhifə > Siyasət, Manşet > Arzu Rəhimovun işçisi zəmanəyə AYAQ UYDURUR...

Arzu Rəhimovun işçisi zəmanəyə AYAQ UYDURUR...


27-05-2022, 08:56
Arzu Rəhimovun işçisi zəmanəyə AYAQ UYDURUR...
Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin SHXÇDX-nin Masallı rayon şöbəsinin rəisi, polkovnik-leytenant Vəli Rzayevin Türkiyədə dəyəri milyonlarla ölçülən mülk alması barədə bir sıra KİV-də məlumatlar yayılıb.
İddia olunur ki, təxminən 3-4 ay öncə Vəli Rzayev Türkiyədə mülk alaraq, yaxın qohumlarından birinin adına rəsmiləşdirib. Bildirilir ki, əslində Vəli Rzayev Türkiyədən mülk almaq niyətində olmayıb. Onu bu addımı atmağa ailə üzvləri məcbur edib. Əslində o, bu xəbərin yuxarılara çatacağından ehtiyatlanıb. O, istəmirmiş ki, geniş imkanlarının olmasını yuxarılar bilməsin. Ancaq ailə üzvləri “biz müxtlif ölkələrdə geniş mal-mülk sahibi olanlardan əskiyik bəyəm? Onlara olar bizə yox?”- deyərək Vəli Rzayevi məcbur ediblər. O da Türkiyədə mülk alaraq, onu yaxın qohumlarının birinin adına rəsmiləşdirib.
RealMediaaz.space

Geri qayıt