Əsas Səhifə > Siyasət, Manşet > Gəncədə təhsil işçiləri kimlərin ƏLİNDƏ QALIB...
Gəncədə təhsil işçiləri kimlərin ƏLİNDƏ QALIB...5-04-2022, 08:53 |
Gəncə şəhəri Məhəmməd Hadi adına 10 saylı tam orta məktəbinin tanınmış riyaziyyat müəllimi Nizami Əmirov bir müddət əvvəl direktor Arzu Əliyevanın hikkəsilə təqaüdə göndərildiyini, özünə qarşı haqsızlıq edildiyini iddia edib. diaaz.space-ın məlumatına görə, Demokratik.TV-yə danışan müəllim bildirir ki, onu cari tədris ilinin sonunadək saxlamaq imkanını məhdudlaşdırmaq üçün məktəbin xanım direktoru tərəfindən özünün və kollektivin belə xəbəri olmadan saxta "töhmət"lər yazılıb. Eləcə də onun 30 illik gərgin pedoqoji fəaliyyətini nəzərə almayan direktor və şəhər təhsil şöbəsi onun ictimaiyyət arasında, həm də şagirdlər arasında nüfuzuna xələl gətirib. Şagirdlər adından məhz yaş həddi 65 olduğu düşünülməklə cari ilin fevralında ard-arda bir neçə şifahi və yazılı şikayətlər düzülüb-qoşulub. Nizami Əmirov müsahibəsində məktəbdə cərəyan edən ciddi nöqsanları, eləcə də şəhər təhsil idarəsinin rəisi Anar Qədimalıyevin sanki xanım direktordan qorxub məktəbdə özbaşınalıqlara şərait yaratmasından danışıb. Arzu Əliyevanın yuxarıdakı Mətin Eynullayev kimi güclü tanışları tərəfindən qorunduğu qeyd edilib. Tanınmış riyaziyyat müəllimi redaksiyamıza təqdim etdiyi bir neçə sənədlərlə onu da iddia edib ki, uzun illər çalışdığı məktəbdə ən böyük bağışlanmaz nöqsan fərdi təhsilə cəlb edilən şagirdlərin haqqının yeyilməsi, ayrılan pulların mənimsənilməsi, 5-ci , 6-cı və 7-ci siniflərdə adları yer alan fiziki qüsurlu şagirdlərə dərslərin keçirilməməsidir. Müəllim dərs bölgüsündən, məktəbyanı pedoqoji şura iclaslarının çağırılmamasından və digər məsələlərdən də narazı olduğunu bildirib. Artıq təqüddə olan riyaziyyat müəllimi onu da iddia edir ki, ona qarşı tərtib edilən şikayətlərdə ümumiyyətlə məktəbə gəlməyən, hətta araşdırılarsa həmin tarixdə Gəncədə belə olmamış şagirdin imzası da var ki, bu da həmin sənədin qərəzli və saxta olduğunu sübut edə bilər. Təqaüdə göndərilən müəllim onu da bildirib ki, sözügedən məsələyə görə məktəb direktorunu tezliklə məhkəməyə də verib ondan təzminat tələb edəcək. Şikayətçi müəllim Gəncə şəhər təhsilinin müdiri Anar Qədimalıyevə də replika edib, onun qeyri-pedoqoji təhsilli kadr olduğunu xatırladıb. Müəllimin iddiaları əsasında qarşı tərəflə əlaqə yaratmağa çalışsaq da, məktəb rəhbərliyi suallarımızı cavabsız qoydu. Hər halda, adıçəkilən xanım direktorun və Anar Qədimalıyevin mövqeyinə sayğımızı da ifadə edirik. Geri qayıt |