Əsas Səhifə > Siyasət, Manşet > Səhiyyəmiz GÜL VURUR: Test götürmədən adamı XƏSTƏ ÇIXARIRLAR...
Səhiyyəmiz GÜL VURUR: Test götürmədən adamı XƏSTƏ ÇIXARIRLAR...10-02-2022, 09:05 |
DİA.AZ: - "Şikayətim heç kəsi təcübləndirməyəcək... səhiyyəmizdəndir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən..." DİA.AZ bildirir ki, bu sözləri Arzu Muradova adlı istifadəçi "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında qeyd edir. Daha rona narazı vətəndaş yazır: "04.02.2022 tarixində 19 saylı Nizami rayonu uşaq poliklinikasına müraciyyətim əsasında oğlumdan (2 yaş) gəlib yaxma götürüblər. 07.02 tarixində axşam saatlarında Epidimalogiyadan Kəmalə xanım zəng edib bildirdi ki "Oğlunuzun testi pozitivdir.Halbuki Nihad (oğlum) özünü yaxşı his edirdi.Təxmini 1.5 saatdan sonra mənə İTS.GOV.AZ dan TƏBİB mesaj neqativ olaraq gəlir. 08.02 tarixində isə (bir gün sonra )səhər saatlatında böyük oğlum Murad üçün pozitiv cavab gəlir.Halbuki Muraddan (5 yaş) HEÇ BİR YAXMA, TEST götürülməyib. Test götürülmədən uşaq nevə pozitiv ola bilər??? Təlaşa düşən ana olaraq 📞814.📞1542.📞9103 nömrələrinə dəfələrlə zəng etdim. Cavab olaraq "Ping-Pong" oyununa başladılar. "Biz baxmırıq, bizlik deyil.... Zəng edin 814 də... 814 dedi zəng edin 9103 və s"... Səhiyyə yeganə sahədir ki insan faktoru olsa belə səhv etməyə heç bir şansları yoxdur. Bizdə nədənsə əksinədir". İddia olunanlarla bağlı diaaz.space olaraq qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |