Əsas Səhifə > Siyasət, Manşet > Xankəndi Şuşaya tabe olacaq: Bayram Səfərov da BİRDƏFƏLİK GEDƏCƏK...

Xankəndi Şuşaya tabe olacaq: Bayram Səfərov da BİRDƏFƏLİK GEDƏCƏK...


3-02-2022, 10:55
Xankəndi Şuşaya tabe olacaq: Bayram Səfərov da BİRDƏFƏLİK GEDƏCƏK...
DİA.AZ: - 13 ildir ki, Şuşanın icra başçısı postunu tutan Bayram Səfərovun buna qədər də yola salınacağı, hətta cəzalandırılacağı haqda məlumatlar yayılmışdı. DİA.AZ xəbər verir ki, hətta həbs olunacağı da deyilirdi.

Gah toplantıda şirin yuxuya getməsiylə, gah əndrəbadi açıqlamaları ilə və gah da sərvəti ilə bir ara gündəmləri məşğul edən Bayram Səfərovu nədənsə 44 günlük savaş boyunca və savaşdan sonra ya görmədik, ya da təkəm-seyrək gördük.

Təbii ki, bu da haqlı olaraq ONA QADAĞA QOYULMASI qənaətlərini möhkəmləndirmiş oldu. Günü bu gün də Bayram Səfərov ortalıqda görünmür. Ortalıq nədir... onu Şuşada da görə bilmirik. Adi bir avtobus biletilə də Şuşaya gedən görmədik. Yalnız bir-iki istisna xaric...

Nə baş verir?

Bununla bağlı DİA.AZ danışan mənbə bildirir ki, əslində Bayram Səfərov bu gün simvolik olaraq Şuşa RİH başçısı postunu tutur və onun vəzifəsinin yaxın günlərdə birdəfəlik olaraqq ləğvi gözlənilir.

Mənbənin diaaz.space-a söylədikləri: "Məlumdur ki, hökumət neçə müddətdir təmərküzləşmiş idarəetməyə keçid niyyətini nümayiş etdirir. Buna isə ilk olaraq Qarabağın azad edilmiş hissələrindən başlamaq fikri var. Və ilk olaraq da Şuşada bu tətbiqi görəcəyik".

Mənbə bildirir ki, ola bilsin ki, may ayına qədər Şuşa, Xankəndi, Xocavənd və Hadrut (Ağoğlan) eyni regional idarəetmə mərkəzində birləşdirilsin: "Bununla da Bayram Səfərova da, Xankəndidə oturan separatçı Arayik Arutunyana da birdəfəlik "əlvida" deyəcəyik..."

İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...


Geri qayıt