Əsas Səhifə > Siyasət, Manşet > Gədəbəydə MƏMUR ÖZBAŞINALIĞI...
Gədəbəydə MƏMUR ÖZBAŞINALIĞI...25-01-2022, 09:26 |
Gədəbəy Kommunal Müəssisələri Kombinatının müdiri Əkbər Kazımov və müavini Kamran Quliyev rayonun Böyük Qaramurad və Arıxdam kəndlərinin pay torpaqlarında özlərinə evlər tikiblər. DİA.AZ-ın məlumatına görə, "Demokratik.Az"-ın əldə etdiyi fotolardan aydın olur ki, rayonun təmizlik işlərinə mükəlləf olanlar bilə-bilə ev tikintilərini əkinəyararlı torpaqlar üzərində tikməklə, tikinti məcəlləsindən irəli gələn tələbləri pozublar. Rayonun başbilənləri isə yerli məmur özbaşınalığına qarşı addımlar atmır. Aylıq maaşları 400-500 manat olan məmurların ev tikintisinə xərclədikləri pulu hansı şəffaf yolla əldə etdiklərinin hesabatı bir yana, maraqlıdır ki, kifayət qədər savadı olan bu adamlar niyə fərdi evlərini həyətyanı torpaq sahəsində deyil, məhz əkin sahəsində tikdiriblər... İlk şəkildəki ev Böyük Qaramurad kəndində - Əkbər Kazımovun evidir. Digər yarımçıq tikili isə idarədə özünü "Qəmlo" kimi adlandıran müavinə məxsusdur... İddia olunanlarla bağlı diaaz.space olaraq qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |