Əsas Səhifə > Siyasət, Manşet > "Baku Electronics" müştərisinin BAŞINA BELƏ OYUN AÇDI...
"Baku Electronics" müştərisinin BAŞINA BELƏ OYUN AÇDI...8-09-2021, 08:53 |
DİA.AZ: - "Şikayətim "Baku Electronics"dəndir. Mən iyul ayının 7-si kondisioner götürmüşəm onların mağazasından (onlayın sifarişlə)..." DİA.AZ bildirir ki, bu barədə Rəhman Şərifov adlı istifadəçi "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında qeyd edib. Daha sonra narazı vətəndaş yazır: "Kuryer malı təhvil verən zaman "birkart"dan məbləği 18 aya bölmədən birdəfəlik çıxıb. İndi artıq 3-cü aya keçir ki, məsələ öz həllini tapmayıb, mən bununla bağlı onların Azadlıq filialında oldum, həm də 5 dəfə... Və hər dəfəsində mənə bir tarix deyildi, indi isə artıq 100 AZN-dən çox faiz borcu yaranıb. Mənim əlimdə sənədim də var ki, orada "18 aya bölünəcək" qeyd edilib və özlərinin möhürü də üzərində öz əksini tapır. Onlar "Kapitalbank"a müraciət etdiklərini dedilər, mən də zəng etdim yanlarında "Kapitalbank"a... Bank əməkdaşı dedi ki, bizə bu barədə rəsmi sorğu daxil edilməyib. Sonra göstərdilər ki, "Kapitalbank"ın elektron poçt ünvanına yazıblar. Və orada əyləşən cavan oğlan (hansı ki, hər dəfə bir tarix deyən şəxs) gördü əsəbiyəm, dedi məsələ bizi aşır və məni müdürün otağına göndərdi... Orada əyləşən şəxs isə mənə problemin maksimum 3 günə həll ediləcəyini dedi... Çünki araşdıracaqlar ki, həqiqətən "18 aya bölünəcək" sözü olubmu ortada... Bununla bağlı sənədimd ə var... 3 gün dünən tamam oldu və problem hələ də qalır, faiz isə durmadan artır öz axarında. Mən indi nə etməliyəm?!" İddia olunanlarla bağlı diaaz.space olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq... Geri qayıt |