Əsas Səhifə > Siyasət, Manşet > İnam Kərimovun Ziya Məmmədovun kadrı ilə bağlı PLANI...
İnam Kərimovun Ziya Məmmədovun kadrı ilə bağlı PLANI...27-05-2021, 08:37 |
DİA.AZ: - "Hörmətli DİA.AZ ötən gün saytınızada Nəqliyyat Nazirliyinin Nəqliyyat Departamentinin keçmiş rəis müavini Zamin Məmmədovla bağlı yazınızı oxudum. Orda Zamin Məmmədovla bağlı yazılanların əksəriyyəti həqiqətdir. Bu Zamin Məmmədov o qədər yırtıcı biridir ki, o hansı qurumda işləyibsə, oranı dağıdıb". Bu barədə DİA.AZ-a göndərilən müraciətdə deyilir. Müraciət müəllifi daha sonra yazır: "Zamin Məmmədov Nəqliyyat Departamentində rəis müavini işlədiyi dövrdə, 8 ay rəis əvəzi vəzifəsini tuturdu. Həmin vaxt Zamin Məmmədov qeyri-rəsmi Nəqliyyat Departamentinə yığılan 2 milyondan çox vəsaiti mənimsəmişdi. Bu məsələdən Ziya Məmmədov xəbər tutandan sonra o həmin pulun yarsını nazirə verdi. Ondan sonra Zamin Məmmədovu işdən qovdular. Sonrada Ziiya müəllimə yalvardı xahiş elədi oda onu bağışladı və Ucardakı təsərrüfatına nəzarət etməyinə şərait yaratdı. Saytınızda dərc edilən yazıda isə Zamin Məmmədovun Azəraqrar direktoru Fəda Abbasovun qohumu olması ilə bağlı məlumat yazılıb. Bildirirəm ki, həmin məlumar düz deyil. Yəni Zamin Məmmədov Fəda Abbasovun yox Kənd Təsərrüfatı Naziri İnam Kərimovun həyat yoldaşının qohumudur. Zamin Məmmədov artıq 1 ildən çoxdur ki, KTN-də yüksək vəzifəyə təyin olunacağı günü gözləyir. Ancaq onun haqqında olan neqativ xəbərlərə görə İnam Kərimov onu birdən-birə yüksək vəzifəyə təyin etməkdən imtina etdi. Nazir belə qərara gəlib ki, Zamin Məmmədov hələki kiçik bir vəzifəyə təyin etsin, yəni Mərkəzi Aran Regional İdarəsinə direktor sonra isə KTN-ə yüksək vəzifəyə təyin edilsin". İddia olunanlarla bağlı diaaz.space olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq... Geri qayıt |